“Ağrı çəkəndən nəyimiz əskikdir ki?!” - VİDEO




      Bölmə: Şou Tarix: 11.05.2023 / 10:21

"Toparlanmaq üçün bir az özümlə danışmağa ehtiyacım var. Özümə suallarım və alacağım cavablarım var. Son zamanlar özüm-özümlə danışıram və müəyyən qərarlar verirəm".

Bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində deyib.

Sənətçi mərhum həyat yoldaşı, rejissor və prodüser Oqtay Əliyevin ölümündən sonra düşündükləri barədə monoloq səsləndirib:

"Toparlanmaq, özünə gəlmək, qaldığın yerdən davam etmək güc və səbr istəyir. Faciə insan həyatının ayrılmaz hissəsidir. Qisməti yaşamaq, barışmaq nə qədər çətin olsa da, onu dərk etmək, özünə gəlmək, güc toplamaq və mahiyyətinə varmaq zaman istəyir. Dünya sənin nəyindir ki?! Doğman, əzizin deyil. Gör, bu dünyaya səndən nə qədər gəlmiş, insan itkisi yaşamış, özünə gəlmiş, toparlanmış və bir o qədər də itkini pis yaşamış, toparlana bilməmiş, gücünü itirmiş var.

Zəif olsan, psixoloji təsirdən çıxa bilməsən, ayağa qalxa bilməsən, "Öhdəsindən gələ bilmədi, çökdü, ayaqüstə qala bilmədi" - deyərlər. Bu da bir həyat mübarizəsidir. Mücadilədir. Hətta müharibədir. Həyatda hamının özünəməxsus mücadiləsi var. Kimisi tez təslim olur, kimisi davam edir. Kimisi özünə qapanır, kimisi qalanlar üçün məsuliyyətini çiyinlərinə alır. Kimisi közü alışdırar, kimisi kül olar. Hər dərdin öz çəkisi var. Dərdi bezdirmək, çox sezdirmək olmaz. Dərdlə ətrafı bezdirmək olmaz.

Yeri gəldi, ya gəlmədi, bildirmək olmaz. Həyatın hər üzünə hazır, hər sözünə hazırcavab olmalısan. Gözləmədiyin halda şillə, hazır olmadığın vaxtda tələ, bir göz qırpımında çıxışı olmayan mühasirə gələ bilər. Dərdə düşəndən, ağrı çəkəndən, boynu büküləndən nəyimiz əskikdir? Və ya nəyimiz artıqdır ki?! Əl uzadanın əlini, təsəlli verənə sözünü, güc verənə gücünü tutub, bir az yaxşı, pis, bir az da təmiz hisslərə inanıb yola davam etməliyik".








SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)