Ali Məhkəmə xaricdə həbs olunan məhkumlarla bağlı yeni qərar qəbul edib




      Bölmə: Siyasət Tarix: 10.05.2023 / 22:16

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici dövlətin məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası məsələsi üzrə qərar qəbul edib.

44gun.az  xəbər verir ki, işə Ali Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə tərkibi tərəfindən verilmiş təqdimatla əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxılıb.

Cinayət kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-1-ci maddəsini rəhbər tutaraq qərara alıb.

1) Xarici dövlətin məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması məsələsinə müvafiq apellyasiya məhkəməsində baxılması zamanı “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş prosedura və həmin Konvensiyanın 10-cu maddəsində göstərilən şərtlərə, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə əlaqələrində isə həm də qeyd edilən prosedurla uzlaşan “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Konvensiyanın 12-ci maddəsinin və 1994-cü il 26 may tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə”nin 6-cı maddəsinin müddəalarına əməl olunmalıdır.

2) Xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş faktiki halların yenidən dəyərləndirilməsini istisna etməklə hökmdə əksini tapmış əməlin hüquqi tövsifi rəhbər tutulmaqla məhz tövsifin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni əməli nəzərdə tutan maddəsinə (maddələrinə) uyğunlaşdırılmasını tələb edir.

3) Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərindən ibarət olan tərkibinin bu yanaşmasına əsasən təqdimatda qeyd edilən konkret material üzrə qanuni və əsaslı nəticə kimi məhkum XXX Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 2017-ci il 4 avqust tarixli hökmündə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunmuş əməlinə uyğun gələn (tövsifin uyğunlaşdırılmalı olduğu), milli qanunvericiliyin eyni əməli nəzərdə tutan normaları kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri qəbul edilməlidir.

4) Ali Məhkəmənin Cinayət kollegiyasının məhkum məhkum XXX barəsində olan materiala baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələyə baxan bütün digər məhkəmə tərkibləri hazırkı qərarda müəyyən edilmiş hüquqi mövqeyi rəhbər tutmalıdırlar.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)