“Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər” – FOTO




      Bölmə: Xəbər Tarix: 19.01.2023 / 18:21

İsmayıllı rayon sakini, 32 yaşlı Murad Oqtay oğlu Süleymanlı Qəbələ Diaqnostika Mərkəzində cərrahi əməliyyat zamanı vəfat edib.

44GÜN.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 14-də baş verib. İlkin məlumata görə, öd kisəsi əməliyyatı üçün Qəbələyə gedən M.Süleymanlı narkoz veriləndən bir neçə dəqiqə sonra dünyasını dəyişib.

Mərhumun qardaşı Orxan Süleymanlı açıqlamasında hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edib: “Qardaşımın səhhətində ciddi problem yox idi. Öd kisəsində sancılar olduğunu bildirirdi və imkan olanda gedib əməliyyatla öd kisəsini götürmək qərarına gəlmişdi. Hadisədən 1 gün əvvəl Qəbələyə gedib, həkim-cərrah Elşad Salehov onu müayinələrə göndərib. Nəticədə bildirib ki, əməliyyata tam hazırdır, ürəyində və digər orqanlarında problem yoxdur. Yanvarın 14-də qardaşım özü maşını sürərək, gülə-gülə Qəbələyə əməliyyata gedib. Atamla anam da onunla birgə gediblər. Vahid adlı anestiozoloq narkoz verdikdən bir qədər sonra gəlib deyib ki, oğlunuz vəfat etdi, xilas edə bilmədik”.

O.Süleymanlı əlavə edib ki, hadisə barədə aidiyyəti qurumlara müraciət ediblər. Həmçinin ölüm faktının səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və meyitin yarılmasını istəyiblər. O, aidiyyəti qurumlardan hadisəni nəzarətə götürmələrini və səbəkarların məsuliyyətə cəlb edilməsini xahiş edib.

Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü Süleymanlı Murad Oktay oğlu Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ilk dəfə 13.01.2023-cü il tarixində Cərrahiyyə şöbəsinə müraciət edib: “14.01.2023-cü il tarixinə əməliyyat (öd və soltərəfli qasıq yırtığı) qərara alınıb. Qeyd edilən cərrahi əməliyyata hazırlıq zamanı xəstədə “mümkünsüz intubasiya” və “mümkünsüz ventilyasiya” sindromu müşahidə edilib. Təkrari intubasiya cəhdləri mümkünsüz olub. İkincili bronxospazm inkişaf etdiyindən perkutan traxeostomiya effektsiz olub və xəstədə aparılan resustasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm baş verib. Hazırda müvafiq orqanlar tərəfindən faktla bağlı araşdırma aparılır”.

Baş Prokurorluğun Mətbuat xidmətinə ünvanlanan sorğuya cavab olaraq isə bildirilib ki, qeyd olunan faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)