Qızıl alarkən niyə ƏDV verilmir? - Ekspert səbəbləri açıqlayır




      Bölmə: İqtisadiyyat Tarix: 02.05.2023 / 09:21

“Azərbaycanda qızıl bazarı bir az spesifikdir. Bu digər pərakəndə satış növlərindən fərqlənir. Burada bilavasitə vətəndaşların da iştirakı olur”.

 

44GÜN.AZ xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qızıl alış-satışı zamanı ƏDV-nin verilməməsinin səbəblərindən danışarkən deyib. Ekspert qeyd edib ki, bazarda olan əşyaların bir çoxu digər vətəndaşlardan alınıb-satılan əşyalardır.

 

“Məsələn, kimsə ehtiyacı yarananda özünəməxsus qızıl məmulatlarını müəyyən məbləğə satır, qızıl satışı ilə məşğul olan pərakəndə satış nöqtələri isə onları sonradan öz xeyirlərini də nəzərə almaqla bazara çıxarırlar. Bu zaman alış-satış müqaviləsi olmadığına, anlaşmalar şifahi olduğuna görə sonradan bu hal yaşanır. Əgər sonradan bu pərakəndə satış məntəqələri qızılı rəsmi ƏDV səviyyəsində satsalar, məbləğin tamamından vergi ödəməli olur. Lakin onların qazancı məbləğin tamamından olmur. Onun qazancı sadəcə üzərinə qoyduğu əlavə məbləğ olur. O ancaq üzərinə qoyduğu məbləğin vergisini ödəməlidir. Alqı-satqı müaviləsi bağlamadığına görə vətəndaşlarla satdığı qiymətin hamsının vergisini ödəməli olur”.

 

Natiq Cəfərli qeyd edib ki, bu, tək qızıl satan pərakəndə satış obyektlərinin günahı deyil. Elə bir sistem yanaşması olmalıdır ki, o sahibkarlar ziyan görməsinlər:

 

“Pərakəndə qızıl satışı ilə məşğul olanların daha aşağı vergiləndirmə dərəcəsi olmalıdır. Vətəndaş qızılını satanda rəsmi şəkildə satsın və pərakəndə satış obyektləri bu qazandığı vəsaitdən vergi ödəsinlər. Bu zaman bu sahədə müəyyən şəffaflıq yarana bilər. Amma indiki şəraitdə mən düşünürəm ki, qanunvericilikdə təşviqedici addımlar olmasa belə də davam edəcək. “Boz iqtisadiyyat”ın və yaxud “qara iqtisadiyyat”ın qeydə alınmayan iqtisadiyyatın bir hissəsinə çevriləcək”.

 

Ekspert qeyd edib ki, bu sahədə “qızıl orta” tapılmalıdır. Həm iş adamlarının həm də dövlətin qızıl ortasını tapmasan, iş adamları vergidən yayınmağa, dövlət də onu tutmağa çalışacaq.

 

“Bu məsələni inzibati qaydalarla həll etmək mümkün deyil. Çalışmaq lazımdır ki, qanunvericilikdə elə müddəalar olsun ki, satılan qızılda əldə olunan gəlirin özündən cüzi miqdarda vergi verməkdə özlərinin marağı olsun”.

 

Natiq Cəfərli qeyd edib ki, qızıl elə bir məmulatdır ki, üç-dörd ədədini satsan illik 200 minlik dövriyyəni keçə bilərsən:

 

“Lakin qazanc o qədər olmur ki, dövriyyənin 18 faizini ƏDV kimi ödəyəsən. Yəni qızıl bazarı çox spesikdir. Ona görə də bu sahədə çalışanların xüsusi vergi yanaşması olmalıdır. Dövriyyənin artırılması yolu ilə onların sadələşdirilmiş vergidə qalma imkanı olmalıdır”. (Kommersant)






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)