Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə könüllü tibbi, humanitar və maliyyə yardımı göstərib.
44GUN.AZ xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib.
“Biz bunu heç bir fayda əldə etmək üçün yox, sadəcə ona görə etdik ki, əgər belə bir imkanımız varsa, o zaman bunu etməliyik”, - dövlət başçısı bildirib.
A.Əliyev qeyd edib ki, vaxtilə Azərbaycanın özünün də köməyə ehtiyacı olub: "Vaxt var idi ki, 1990-cı illərin əvvəllərində özümüzün köməyə ehtiyacımız var idi. O zaman Azərbaycan çoxlu sosial problemləri olan kasıb ölkə idi. Ona görə də biz kasıb olmağın nə olduğunu bilirik. Ona görə də kömək etməliyik. Və əgər bu ideologiya və ya fəlsəfə hakim olarsa, o zaman dünya daha təhlükəsiz olar”.
Prezident vurğulayıb ki, hazırda dünyanın üzləşdiyi əsas problemlərin heç bir qanuni əsası yoxdur, hər şey fərziyyələr, ambisiyalar, virtual liderlik deyilən mübarizə üzərində qurulub.