Ucuzluq başladı, AQTA Naxçıvana getdi: “Vasif Talıbov heç kəsi mal gətirməyə qoymurdu”




      Bölmə: Gündəm Tarix: 18.01.2023 / 18:21

Naxçıvanda son hadisələrdən sonra bazarda ucuzlaşma müşahidə edilir.

Bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, ötən illə müqayisədə Naxçıvan bazarlarında meyvə və tərəvəzlərin qiymətlərində fərq var. Məsələn, pomidor ötən il qış aylarında 15-17 manata satılırdısa, bu il 1 manat 50 qəpik 2 manat 50 qəpik civarında təqdim edilir. Həmçinin xiyar 7-8 manatdan 2 manat 50 qəpik, 3 manata enib. Digər meyvə və tərəvəzlər də keçən illə müqayisədə 1-2 manat daha aşağı qiymətə alıcılara təklif olunur. 

Xatırladaq ki, bir neçə gün öncə Naxçıvandakı son vəziyyətlə bağlı saytımıza danışan araşdırmaçı jurnalist Heydər Oğuz da muxtar respublikada kənd məhsullarının qiymətində ucuzlaşmanın olduğunu qeyd etmişdi. Qıa müddətdə buna necə nail olublar? Hazırda Naxçıvana məhsullar hansı ölkədən və ya ölkənin hansı bölgəsindən gətirilir? 

Bu sullarla bir neçə gün öncə Naxçıvanda olmuş, naxçıvandakı vəziyyət haqqında daha çox yazan jurnalist Heydər Oğuzla əlaqə saxladıq. 

Heydər Oğuz cebhe.info-ya açıqlamasında bildirdi ki, indi Naxçıvana qonşu ölkələrdən məhsul gətirilib, satışa çıxarılır: 

“Vasif Talıbov heç kəsi Bakıdan, İrandan, Türkiyədən mal gətirməyə qoymurdu. Özləri o məhsulu əkirdilər və istədikləri qiyməti qoyub satırdılar. İndi o monopoliya aradan qaldırılıb, insanlar istədikləri yerdən mal aparırlar. Həm də Naxçıvanda gömrük postlarından əhali keçməsə də, yük maşınlarının keçməsinə icazə verilir. İnsanlar Türkiyədən mal gətirib Naxçıvanda satırlar. Bu da istər-istəməz bazarda ucuzlaşmaya səbəb olur”.

Jurnalist Naxçıvan bazarında əvvəlki bahalaşmanın süni şəkildə yaradıldığını qeyd edib: 

“Naxçıvandakı qiymət artımı, əslində, Vasif Talıbovgilin şüurlu və süni şəkildə həyata keçirdiyi siyasət idi. Yəni insanlar heç nə tapa, ala bilməsin, əkib-becərməsin, iş yerləri də olmadığı üçün Naxçıvanı tərk edib getsinlər. Əslində, məqsəd Naxçıvanı boşaltdırmaq idi. Ona görə də qida məhsullarına astronomik qiymətlər qoyurdular. Qida məhsullarını da ancaq Vasif Talıbovun övladları gətriridi. İndi o monopoliya dağılır, hər kəs istədiyi malı gətirir”.

Lakin o, problemin tamamilə həllini tapmadığını da vurğulayıb: 

“Bildiyimə görə, dərman preparatlarını hələ də tam gətirmək mümkün olmayıb. Səbəbini bilmirəm. Yəqin ki, yaxın günlərdə onu da həll edəcəklər. Dünən Bakıdan Naxçıvana Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) 15 nəfər üzvü gedib. Müxtəlif yerlərdə monitorinq aparıblar. Əvvəllər Naxçıvanda həmin agentliyinin xidmət göstərməsinə mane olurdular. Artıq Naxçıvanda da ölkənin bir ərazisi kimi agentliyin xidməti təşkil olunacaq. Keyfiyyətsiz malların Naxçıvan əhalisinə satılmasının qarşısı alınacaq. Gözləyək, görək nə nəticə verəcək”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)