Elnarə Bəkirova atasının qətlindən danışdı - VİDEO




      Bölmə: Hadisə Tarix: 20.04.2023 / 11:07

Xəbər verdiyimiz kimi, iş xanımı Elnarə Bəkirovanın atası Kamran Bəkirov qətlə yetirilib.

44GÜN.AZ xəbər verir ki, Elnarə instaqramda canlı yayım açaraq atası haqda danışıb. O, istintaqın gedişi ilə bağlı müraciət ünvanlayıb:

"Atam aprelin 6-da dostu ilə iş görüşməsinə gedib və oğurlanaraq qətlə yetirilib. Bunu edənlərin qanun qarşısında cavab verməsi üçün əlimdən gələni edəcəyəm. Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Sabunçu Rayon Prokurorluğu məsələyə soyuq yanaşır. Baş Prokurorluğun məsələni öz üzərinə götürməsini xahiş edirəm. Hisslərimi cilovlaya bilmirəm. Atam övladlarımıza babalıq yox, atalıq edib. Atamın qətlində təqsirli bilinən şəxsin yaxınları vəzifəli şəxs olduğunu öyrənmişən. Ölkədə bir insan oğurluğu baş verib və qətllə nəticələnib. Amansız şəkildə qarnına, ayağına daş bağlayıb quyuya atıblar. Ailəmiz buna dözə bilmir. Bunu törətməkdə təqsirli bilinənlərin ailəsindən heç kim gəlib bizə üzürxahlıq etmədi.

Atamla dünyasını dəyişməzdən bir gün əvvəl danışdım, dedi ki, qorxma böyük adamlardır, pulu göstərəcəm, iş görəcəyik. Dövlətimə güvənirəm. İnanıram ki, cinayəti törədənlər lazımi cəzanı alacaqlar.

Prokurorluq suallarımızı cavablandırmır, atamın cinayətindən məlumat ala bilmirəm. Atam hansı maşınla gedib, necə olub, hansı saatda öldürülüb deyilmir. Onlara bir maddə ilə iş açmısınız. Atamın ölüm xəbərini saytlardan öyrəndim. Atamın üst geyimini tapa bilmirəm. Zəng edib morqdan özüm soruşuram. Öyrənmişəm ki, cinayəti törətməkdə təqsirli bilinənlərdən biri deputatın dayısı, digəri isə başqa dayısının kürəkənidir. Ən azından gəlib, üzrxahlıq edərdilər. Etmədilər...

Prokurorluğa mesajlar təqdim edirəm, yazışmaları göstərirəm, baxmırlar. Cinayəti araşdırmaqdan, məndən soruşurlar ki, atan pulu haradan alıb.

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov atamın cəsədinin tapılmasında bizə çox yardım etdi. Tapılmaya da bilərdi, quyuya atılmışdı və hadisəni törətməkdə təqsirli bilinənlər bilet almışdı, ölkədən gedəcəkdi, amma yaxalandılar.

Aprelin 6-dan bu hadisə olub, vəkilimə belə məlumat verilmir. Biz onlardan bir kəlmə belə soruşa bilmirik. Bəlkə də istintaq bu cür davam edir, olsun. Əminəm ki, günahkarlar layiqli cəzanı alacaqlar". /axşam,az/








SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)