“Nazirə tapşırdım ki, qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin”




      Bölmə: Siyasət Tarix: 18.04.2023 / 20:42

“Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik. Birinci, ona görə ki, onlar Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını yüksəklərə qaldırdılar”.


Bu fikirləri Prezident İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.


“Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin və onlar bizim qonağımız olsunlar. Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar.


Mən bir daha bizim gözəl qızlarımızı təbrik etmək istəyirəm. Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkcə idman tarixində yox, bütövlükdə dünya siyasət tarixində, Türk dünyasının tarixində. Hər birimiz - Türk dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur”, - dövlət başçısı qeyd edib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)