“Görüntüləri izlədim, hələ də şokdayam” - Hüseynin anası




      Bölmə: Siyasət Tarix: 13.04.2023 / 21:44

“Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”.

44Gun.Az xəbər verir ki, bunu Modern.az-a Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.

O, oğlunun günahsız olduğunu deyib: “Mən bundan əvvəl Qırmızı Xaç Komitəsinə, Müdafiə Nazirliyinə müraciət etmişdim. Həyat yoldaşım neçə gündür Naxçıvandadır. BQXK məni sorğu-sual elədi, dedilər ki, övladınızın məsələsi araşdırılacaq və Azərbaycana gətiriləcək”.

Şəlalə Axundovanın sözlərinə görə, övladı əsgərlikdən sonra hərbidə qalmağa hazırlaşırdı: “Biz Mehdiabadda yaşayırıq. İki qızım, bir oğlum var. Hüseyn 9 yaşından əsgər gedən günə qədər fəhləlik edib, daş daşıyıb, ailəsinə baxıb. Xəstəliyimə görə mən işləyə bilmirdim. Çox yaxşı oğuldur. Əsgərlikdən gəlməyinə 5 ay qalmışdı. Onunla sonuncu dəfə aprelin 4-də danışmışdıq. MAXE olacağını deyirdi. Əsgərlik vaxtı heç nədən şikayəti yox idi, hər şeyin qaydasında olduğunu deyirdi. Xahiş edirəm, balamı mənə qaytarın”.

Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib.

Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)