Sənədsiz evlərin taleyi necə olacaq? - AÇIQLAMA |
Bölmə: Xəbər |
Tarix: 18.01.2023 / 12:23 |
"Sənədsiz evlərin mövcudluğu ölkəmiz üçün həssas problemdir. Ölkəmizdə 500 mindən çox sənədsiz ev var. Bu məsələ əhalini də çox maraqlandırır. Ona görə ki, onların sənədsiz evlər üzərində sərəncam vermək hüququ olmur". Bunu açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib. O bildirib ki, hər bir insan yaşadığı mənzilin, fərdi yaşayış evinin, əmlakının sənədləşdirilməsində maraqlıdır: "Sənədin olmaması gələcəkdə müəyyən problemlər yaradır. Hələ də sənədsiz evlərin sayı çoxdur. Milli Məclisin bir sıra iclaslarında əmlak amnistiyasının elan olunmasını təklif etmişəm. Burada da müəyyən çətinliklər var. O baxımdan ki, əmlaklar arasında fərq var. Belə ki, təyinatına uyğun olmayan, mühafizə zolağı altında olan torpaqlar üzərində qanunsuz tikilmiş evlər var. Vaxtilə vətəndaşın qanunsuz ev tikməsinə hər hansı bir dövlət qurumu göz yumub, nəticədə belə sənədsiz evlər tikilib. Düşünürəm ki, bu məsələ əmlak amnistiyası vasitəsilə deyil, mərhələli şəkildə öz həllini tapmalıdır. Qanunvericilikdə də işlər görülür. Cənab Prezidentin müvafiq sərəncamları ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilmiş dəyişikliklərlə sənədsiz evlərin dairəsinin azalması istiqamətində sənədlər qəbul olunur. Bu məsələ mərhələli şəkildə həyata keçirilməlidir. Qeydiyyat aparılmalı, qayda-qanun olmalıdır". Deputat qeyd edib ki, 2019-cu ildən etibarən ölkə üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən siyahıyaalınma prosesi həyata keçirilməyə başlanıldı: "Pandemiya dövründə bu proses dayandırıldı. Həmin işlər yenidən bərpa olunub, siyahıyaalınma prosesi davam etdirilir. Düşünrəm ki, siyahıyaalınma məsələləri bitəndən sonra hər hansı bir qərarın qəbul olunmasından danışa bilərik. Evlərin kortəbii şəkildə sənədləşdirilməsinə qərar verilməsi müəyyən problemlərə gətirib çıxara bilər. Bu sayda evlərin, mənzillərin, fərdi yaşayış evlərinin birdən-birə sənədləşdirilməsi vaxt, maliyyə və resurs tələb edir. Ümumiyyətlə, gələcəkdə sərt məhdudiyyətlər qoyulmalıdır ki, sənədsiz evlərin yaranmasına imkan olmasın".
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|