"Ətin qiyməti 20 manat olacaq" - AÇIQLAMA




      Bölmə: İqtisadiyyat Tarix: 08.04.2023 / 11:24

“Əvvəl bu sahəyə məsul olan şəxslər danışıb problemin nədən ibarət olduğunu deməli, daha sonra biz mütəxəssislər danışmalı, problemi açmalı, onların yalnış ya da doğru dediyini müəyyən etməliyik”.

44GÜN.AZ Kommersant.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son dövrlər ölkədə heyvandarlığın zəifləməsindən, fermerlərin bu sahədən imtina etməsindən, bunun Azərbaycanda ət bazarına təsirindən, ət və ət məhsullarının qiymətinin bahalaşmasından danışarkən deyib.

Ekspert bildirib ki, uzun illərdir biz xəbərdarlıq edirdik ki, yaxın zamanlarda ətin qiymətinin kiloqramı 20 manata qədər bahalaşacaq. Bunun da bir neçə səbəbi var:

“Uzun illərdi fermerlərin örüş kimi istifadə etdiyi sahələrinin 300-400 min hektardan çoxu zəbt edilərək əkin sahəsi kimi istifadə edilib. Həm örüş sahəsi, həm də yem məhsulları istehsalı azalıb. Məsələn, otun istehsalından 100 min tona qədər azalma oldu. Möhkəm yem bazası olmadan ət istehsalını artırmaq mümkün olmayacaq. Qalan örüş əraziləri yüklənib və məhsuldarlıq aşağı düşüb”.

Vahid Məhərrəmov onu da əlavə edib ki, hələ 2015 və 2018-ci ildə ərzaq təminatı ilə bağlı dövlət proqramı qəbul edilmişdi ki, o proqramda qüvvəli yem istehsalını 2 milyon tona qaldırmaq nəzərdə tutulmuşdu:

“Hələ də bu yüz min tondan yuxarı qalmayıb. Proqramda nəzərdə tutulandan 20 dəfə az qüvvəli yem istehsal olunur. Bu isə o deməkdir ki, ölkədə ət istehsalı dayanıqlı ola bilməz və ətin qiyməti hər dəfə belə dəyişəcək. Son beş ildə ətin qiyməti 50 faizdən çox bahalaşıb. Doğrudur, ölkədə digər məhsulların qiymətində də artım var, bu da təsir edən amildir, ət istehsaçıları həm də istehlakçı olduqları üçün çalışırlar ki, gəlirlərini artıraraq artan xərclərini kompensasiya etsinlər”.

Vahid Məhərrəmovun sözlərinə görə bizdən fərqli olaraq dünyada ətin qiymətlərində azalma var:

“Azərbaycanda isə keçən ildə dayanaqlı olaraq mal ətinin, qoyun ətinin, toyuq ətinin qiymətində artım olub. Bu il də artım göstərilir. Ət kəsimi ilə məşğul olan şəxsləri, fermerləri günahlandırmaq doğru deyil. Çünki problem istehsalda, yem bazasının zəif olmasındadır. Daha çox məhsul istehsal etmək lazımdır. Bu da həm də ət istehlakının qarşısını alır. Ölkə əhalisinin tələbatına uyğun tələbat artmalıdır. Ət istehlakı ilə bağlı beynəlxalq hədd var. Lakin Azərbaycanda bu minimum hədd müəyyən edilib. Azərbaycanda bu ortalama hədd 35, beynəlxalq normada isə 78 kiloqramdır”.

Vahid Məhərrəmov onu da əlavə edib ki, əgər bu gün Azərbaycan adam başına 37-38 kq ət istehsal edirsə, bazarda ətlə bağlı xaotik vəziyyət yaranmalı, qiymət tez-tez dəyişməli və defisit yaranmalıdır.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)