Seks zamanı corablarınız ayağınızda qalsın




      Bölmə: Maraqlı Tarix: 02.04.2023 / 21:57

Sekslə bağlı araşdırmalar göstərir ki, yataqda corab geyinmək daha yaxşı yuxuya və daha yaxşı cinsi əlaqəyə səbəb olur.

OLAY yazır ki, Qroningen Universiteti tərəfindən aparılan araşdırmaya görə, yataqda corab geyinmək cütlüklərin cinsi həyatına müsbət töhfə verir. Tədqiqatın nəticələri Kopenhagendə Avropa İnsan Reproduksiyası və Embriologiya Cəmiyyətinin konfransında dərc olunub.

13 heteroseksual cütlüklə apardıqları araşdırmada cinsi əlaqə zamanı corab geyinənlərin orqazm nisbətinin daha yüksək olduğunu müəyyən ediblər. Nəticələr qadınlarda daha qabarıq olub və orqazm nisbəti ayaqlarını isti saxlayan qadınlarda 80%, corab geyinməyənlərdə isə 50%-dir.

Bu nəticənin səbəblərindən biri də qadınların ayaqları üşüyəndə özlərini narahat hiss etmələri və partnyorlarına mənfi yanaşmalarıdır. Buna görə də bir-birinizə yaxınlaşmadan əvvəl ayaqlarınızı kifayət qədər qızdırsanız, bu mənfi hal aradan qaldırılacaq və daha sərbəst və rahat hərəkət edə bilərsiniz.

İsveçrə, ABŞ və Hollandiya tədqiqatçıları tərəfindən aparılmış digər üç araşdırmanın nəticələri göstərir ki, yataqda corab geyinmək daha yaxşı yuxuya kömək edə bilər, Raynaud sindromunun (ürək-damar xəstəliyi) simptomlarını və menopoz zamanı narahatlığı azalda bilər. Məsələn, Hollandiya Neyrologiya İnstitutunun (NIN) 2007-ci ildə “Physiology & Behavior” jurnalında dərc etdiyi bir araşdırmaya görə, yataqda corab geyinən insanlar daha tez yuxuya gedə bilirlər.

Tədqiqat müəyyən edir ki, daha isti ayaqlar bütün bədəndəki qan damarlarını genişləndirərək qanı “soyuqlaşdırır”.

Beləliklə, yuxuya getməzdən dərhal əvvəl bədəndəki temperatur yaxşılaşır və istirahətə keçid asanlaşır.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)