Səddam Hüseyni dindirən agent 20 ildən sonra danışdı: "30 saniyədə haqqımda iki şey bildi"




      Bölmə: Dünya Tarix: 02.04.2023 / 19:32

İraqın devrilmiş lideri Səddam Hüseyni dindirmək üçün ABŞ tərəfindən xüsusi təyin olunmuş FTB agenti İraqın işğalının 20-ci ildönümündə çıxış edərək, gizli saxlanılan danışıqlarla bağlı diqqətçəkən açıqlamalar verib.

ABŞ-ın o zamankı prezidenti Corc Buş 2003-cü il martın 19-da ölkənin kütləvi qırğın silahları ilə dolu olduğunu iddia edərək, İraqı işğal etmək əmri vermişdi. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin paytaxt Bağdada girməsindən sonra yoxa çıxan dövrün lideri Səddam Hüseyn dekabrın 13-də Şimali İraqda bir çuxurda gizlənərkən tapılmışdı.

Səddam Hüseynin tutulmasından sonra ABŞ administrasiyası FTB agenti Corc Piroya ölkənin indiyə qədər etdiyi ən mühüm sorğu-suallardan birini keçirməyi tapşırmışdı.
Corc Piro

İçəri heç kimin buraxılmadığı dindirmə otağında yeddi ay ərzində Səddam Hüseynlə danışan FTB agenti CNN-in müxbiri Peter Bergenə bildirib ki, rəhbəri ona zəng edərək "Səddam Hüseynlə bir il keçirməyə hazırlaş" deyib. Corc Piro əvvəlcə bundan qorxduğunu etiraf edib.

Vəzifəsini layiqincə yerinə yetirmək üçün Səddam Hüseyn haqqında kitablar alan, həyatını əvvəldən sona qədər araşdıran Piro Səddam Hüseynin ilk görüşdə ona baxdığını və 30 saniyə ərzində iki şeyi anladığını bildirib:


"İçəri girəndə adımın Corc Piro olduğunu və onu sorğu-sual etmək üçün gəldiyimi dedim. O, mənə baxdı və "sən livanlısan" dedi. Ona ailəmin livanlı olduğuğunu dedim. Sonra mənə xristian olduğumu söylədi. Bunların onun üçün problem olub-olmadığını soruşdum. "Əsla yox" cavabını verdi. O, livanlıları sevirdi".

7 aylıq sorğu-sual prosesi ilə bağlı danışan Piro "Əvvəlcə onu ancaq səhərlər görürdüm. Rəsmi sorğular həftədə bir və ya iki dəfə aparılırdı, bir neçə saat davam edirdi. Zaman keçdikcə onunla daha çox təkbətək vaxt keçirməyə başladım. Xüsusilə ilk bir neçə ayda məqsədim onu danışdırmaq idi. Ondan həyatda nəyə dəyər verdiyini, nəyi sevdiyini, nəyi sevmədiyini soruşdum. Beləliklə, tarixdən sənətə, idmandan siyasətə qədər hər şey haqqında danışdıq”, deyib.


MKİ-nin o dövrdə istifadə etdiyi qabaqcıl sorğu-sual üsullarından yararlanmadığını deyən FTB agenti "Səddamın dürüst, səmimi və mövzunu müzakirə etmək istəyində olduğunu hiss edənə qədər kütləvi qırğın silahlarından və ya "Əl-Qaidə"dən danışmayacaqdım. Sonrakı söhbətlərimizdə o, mənə Üsamə bin Ladeni sevmədiyini və "Əl-Qaidə" ideologiyasına inanmadığını söylədi. O, ABŞ administrasiyasının əlində olduğundan qorxduğu kütləvi qırğın silahlarına sahib olmadığını söylədi. Onun sözlərinə görə, ölkəsinin ən qatı düşməni ABŞ və ya İsrail deyil, İran olub. Kütləvi qırğın silahlarının olduğunu deyəndə məqsədi İranı qorxutmaq imiş", deyə qeyd edib.


Qeyd edək ki, Səddam Hüseyn 1979-2003-cü illərdə İraqın prezidenti olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib, həmin il dekabrın 13-də Tikritdə həbs olunub və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilib. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq cinayətlərindən asılaraq edam edilib.  |qaynarinfo.az|
 









SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq