Dünyada 300 milyona yaxın insan süni intellekt texnologiyalarının tətbiqi səbəbindən işini itirə bilər.
44gun.az xəbər verir ki, bu barədə Amerikanın “Goldman Sachs” bankının hesabatında bildirilib.
“Əmək bazarı yaxın illərdə ciddi şoklarla üzləşə bilər. Bankın ABŞ və Avropadakı iş yerlərinin təhlili göstərir ki, iş yerlərinin üçdə ikisi avtomatlaşdırıla bilər”, - deyə qeyd olunub.
Məqalədə bəzi işlərin digərlərindən daha çox təsirlənəcəyi də izah edilir. Məsələn, çoxlu fiziki əmək tələb edən işlərin əhəmiyyətli dərəcədə təsirlənməsi ehtimalı azdır. ABŞ-da avtomatlaşdırıla bilən tapşırıqların ən yüksək payı ofis və inzibati dəstək rollarında 46% təşkil edir, ardınca 44% hüquqi iş və 37% memarlıq və mühəndislik tapşırıqları gəlir.
Ümumilikdə bankın təhlilinə görə, Hong Kong, İsrail, Yaponiya, İsveç və ABŞ ehtimal ki, süni intellektin tətbiqindən işləyən əhalinin ən çox təsirlənəcəyi ilk beş ölkə arasında olacaq.