Bəhram Bağırzadə: "Üzr istəmək fikrim yoxdur, şəhərdə yaşaya bilmirlərsə..." |
Bölmə: Sosial |
Tarix: 16.01.2023 / 18:06 |
“Sözügedən video düz beş il bundan əvvəl çəkilib – 2018-ci ildə. Niyə bunu indi gündəmə gətiriblər, başa düşmürəm. O vaxt nə pandemiya, koronavirus, nə də müharibə var idi. Həmid Həmidovun verişilini çəkəndə gənclər ucadan danışırdılar. Mən də fikir bildirdim ki, müəyyən insanlar şəhərə gələndə urbanizasiya prosesini keçə bilmirlər. Bunu beş il bundan əvvəl də demişəm, indi də deyəcəyəm. Heç kimdən üzr istəmək fikrim də yoxdur. Hansı insanlar ki şəhərdə yaşaya bilmirlər, onlar digər insanlardan üzr istəməlidirlər. Lap dərinə getsək, mənim nəslim-köküm hamısı Bakıya kənddən, rayondan gəlib. Babalarımın, nənələrimin heç biri “Tarqovı”da anadan olmayıb. Amma onlar Bakıya gələndə ağıllarına da gəlməyib ki, gedib o boyda dahi Üzeyir bəyin – hansı ki bizim himnimizi bəstələyib – abidəsinə ayaqqabı atsınlar. Heç vaxt ağıllarına gəlməyib ki, Prezident tərəfindən Hacı Zeynalabdin Tağıyevin büstünün açılışından dörd-beş saat sonra gedib onun təsbehini qırsınlar. O Hacı – hansı ki şəhərin yarısını tikib, Bakıya su çəkdirib. Babalarım, nənələrim halbuki Bakıya gələndə cavan olublar. Heç birinin o vaxt ağlına gəlməyib ki, bulvarda salyuta baxmaq üçün “Mirvari” kafesinin damına çıxıb, fit çalıb, qışqırsınlar və sair... Söhbət məhz bu kateqoriyadan olan insanlardan gedir”. 44Gun.Az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib. O deyib ki, rayonlularla və şəhərlilərin arasında ayrıseçkilik etməsi heç vaxt mümkün deyil: “Çünki 75 faizimiz rayondan gəlməyik. Söhbət mədəniyyətsiz, tərbiyəsiz insanlardan gedir. İnanırsınız, öz şəhərimdə nəfəs ala bilmirəm. Xaricilər də baxır, deyirlər ki, axı niyə biz belə olmalıyıq? Mən də belə düşünürəm: axı niyə biz belə olmalıyıq? Niyə axı tərbiyəli olmamalıyıq? Ruslarda belə bir misal var: digərinin məscidinə kimsə öz qayda-qanunu ilə getmir. Məscidə gəlmisənsə, o məscidin qayda-qanunu ilə yaşa. Axı sənə heç kim demir ki, bunu etmə, onu etmə... Gəl, yaşa”. B.Bağırzadə “şəhidlərimizin çoxu rayonlarımızdan, kəndlərimizdəndir, aktyor həmin şəhidlərimizə hörmətsizlik edib” deyənlərə isə belə cavab verib: “Allah şəhidlərimizin hamısına qəni-qəni rəhmət eləsin. Hamısı mərd, cəsur insanlar olub. Allah onların valideynlərinə səbir versin. Hər dəfə onların şəkilləri sosial şəbəkələrdə qarşıma çıxanda inanın mənə, ölüb yerə girirəm. Əsl namuslu, kişi adamlar olublar. Sağ olsaydılar, inanın, onların da xoşlarına gəlməzdi ki, o boyda Şuşanın yetirməsi Üzeyir bəyin abidəsinə ayaqqabı atsınlar, yaxud Hacının təsbehini qırsınlar, restoranın damına çıxsınlar, küçələrdə söyüş söysünlər... Belə tərbiyəsizliyi görəndə şəhidlərimizin də ruhu şad olmur. Onlar bu torpağı azad etməyiblər ki, digərləri gəlib burada özlərini belə səviyyəsiz aparsınlar. Mənim iki babam – hansı ki kənddən, rayondan gəliblər – onlar 1941-1945-ci illərdə müharibədə olublar, faşizmə qarşı müharibə aparıblar. Rəhmətlik atam da Birinci Qarabağ müharibəsində “milis” işçisi kimi Şuşada döyüşüb. Biz bunları görmüşük. Onların ruhu şad olmaz ki, “biz vuruşmamışıq, bu gün “xuliqan”lar, tərbiyəsiz insanlar özlərini belə aparsınlar...” Söhbət təkcə Bakıdan getmir. Hələ kəndlərimizdə, rayonlarımızda da özlərini nalayiq aparanda adama təsir edir. Məgər bölgələrdə yoxdur? Orda da var. Vətənini sevən insanam. Kim mənə sübut etmək istəyirsə ki, mən Vətənimi sevmirəm, o, çox böyük səhv edir. Ağsaqqal Rəşid bəy, alim adam, deməkdən ki, “Bəhram Bağırzadə düz deyir, ay camaat, ay insanlar, özünüzü düzgün aparın, tərbiyəli olun...” Öyüd-nəsihət verməkdən, durub deyir ki, rayondan gəlib şəhərdə damlara şifer vurublar. Bu da bizim alimimizin cavabı. İnsanlara başa salmaqdan ki, özünüzü düzgün aparın, gedin elmə yiyələnin, oxuyun. Durub şifer, qır söhbəti edir. Bir tərəfdən başa düşürəm, yaşlı adamdır, qəlbinə toxunmaq istəmirəm. Allah cansağlığı, uzun ömür versin....”
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|