"Moyka"da müştəridən oğurluq etdi - Pulları “Vulkan” oteldə qızlara xərclədi




      Bölmə: Hadisə Tarix: 16.01.2023 / 16:15

Bakıda avtoyuma məntəqəsində BMW markalı avtomobildən pul oğurlayan şəxsə hökm oxunub.

1984-cü ildə Ağcabədi şəhərində anadan olmuş Fəzail Quliyev işlədiyi "moyka”da müştəriyə məxsus BMW markalı avtomobilin salonunu təmizləyən zaman saxlancda içərisində 65.338 manat olan pul kisəsini görüb. Fəzail pul paçkalarının üzərindən 2700 dollar və 3200 manat götürüb, qalan vəsaiti yerində saxlayıb. 

O, oğurladığı pulları sayıb cibinə qoyaraq, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə gedib. Orada yerləşən adını xatırlamadığı kafelərdən birində yemək yeyib, spirli içki qəbul edib və həmin puldan 200-300 manat hesab ödəyib. 

Daha sonra isə yaxınlıqda fahişəliklə məşğul olan qadınlardan biri ilə razılaşaraq, "Vulkan" otelə gedib. O, oğurladığı puldan 50 manat otelə ödəyib, qadına isə onunla gecələməsi üçün 500 dollar verib. 

Oteldə xərclədiyi pulun məbləğini xatırlamasa da, səhər saatlarında oranı tərk edən zaman üzərində 900 dollar və 900 manat qalıb.
Yenidən 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən kafeyə yollanaraq, orda qadın ofsiantlarla yemək yeyib, spirli içkilər qəbul edib və 300-400 manat pul xərcləyib. Daha sonra yaxınlıqda dayanmış başqa bir qadınla razılaşaraq, yenidən "Vulkan" otelə gedib. Bu dəfə də otelə 50 manat ödəyib, qadına isə 400 dollar verib, oteldə spirtli içki qəbul edib. 

Axşam saatlarında isə oteli tərk edərək çalışdığı avtoyuma məntəqəsinə yollanan Fəzail orada polislər tərəfindən saxlanılıb. 

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Bakı şəhəri, Yasamal rayonu, MİDA Yaşayış Kompleksindəki mənzilinin 12 sentyabr 2022-ci il tarixdə 65.338 manata satıb. Həmin pulu avtomobilinə qoyaraq, "moyka”ya gedib və nəticədə sözügedən hadisə baş verib. 

Yasamal rayon Məhkəməsinin qərarı ilə Fəzail Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.|qaynarinfo.az|





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)