Azərbaycanlı müğənni ailəsi ilə AĞIR QƏZAYA DÜŞDÜ: 6 nəfərdən təkcə özü sağ qaldı - FOTO




      Bölmə: Şou Tarix: 25.03.2023 / 11:28

Tanınmış gənc müğənni Ülviyə Sədaqət uzun illərdən sonra ATV telekanalında Nanə Ağamalıyevanın verlişinin qonağı olub.

44GÜN.AZ xəbər verir ki, xanım müğənni uzun illər efirlərdən uzaq düşməsinin acı səbəbini açıqlayıb.

Bir zamanlar perespektiv vəd edən səs sahibi kimi göstərilən Ülviyə uzun zamandır efirdə olmamasının səbəbi barədə danışarkən məlum olub ki, müğənni 13 il əvvəl ağır qəzada anasını itirib:

“Bu hadisə 2010-cu ildə baş verib. Anamı bütün sənət adamları, bütün televiziya işçiləri tanıyırdı. Çünki hər yerə anamla gedirdim. Televiziya Muğam Müsabiqəsində də o insanın mənə görə necə təlaş, həyəcan içərisində olduğunu hər kəs bilirdi. Bu hadisə də hamıya təsir etdi.

Həmin gün bir toy şənliyinə qatılmışdım, oradan geri dönərkən avtomobil qəzasında anam dünyasın dəyişdi. Özüm də 14 gün komada qaldım. Sükan arxasında da mən özüm idim. Qəza Qala yolunda “4 yol” deyilən ərazidə baş verdi. Mən 90 sürətlə gəlirdim, 200 sürətlə də digər avtomobil gəlirdi və qarşı yoldan bizim üstümüzə gəldi.

Qabaqda mənim yanımda qonşumuz əyləşmişdi, anam mən tərəfdən arxada əyləşmişdi. İnanırsınız ki, o hadisəni mən xatırlamıram. Qarşı avtomobilin sürücüsü içkili vəziyyətdə olub. Hadisədən sonra məni aparmışdılar Sabunçu xəstəxanasına (3 saylı xəstəxana), orada demişdilər ki, heçnəyi yoxdur. Amma kapilyarlar hamısı partlamışdı (daxili qanaxma), beynimə zəhərlənmə vermişdi. O vəziyyətdə anamı dəfn etmişəm. Dəfn edəndə də elə yerə yıxılmışam. Onunla da artıq heçnə xatırlamıram. Aparıblar “Semaşko”ya (1 saylı şəhər klinikası), əməliyyat olundum, 14 gün komada qaldım.

Həkim atamı çağırıb demişdi ki, “Ümid yoxdur sağ qalmağına, biz əlimizdən gələni etmişik, ümid sadəcə qalıb Allaha”. Mən ikinci dəfədir həyata dönmüşəm.

Bizi vuran avtomobildəki şəxslərdə, mənim idarə etdiyim maşındakı şəxslər də anam qarışıq dünyasını dəyişdi. 6 nəfərin içində birdənə sağ qalan mən oldum. Buna görə mən sənətdən də uzaqlaşdım”. (milli.az)







SON XƏBƏRLƏR
Dünən, 17:11
Məşhur serialda xəritəmizlə bağlı səhv düzəldildi - Video
Dünən, 17:08
Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı - Fərman
Dünən, 17:05
“Yığın sahibsiz itləri, Koreyaya, Çinə satın...”
Dünən, 15:37
Bu dəfə “Fənərbaxça” Bakıya gəlir
Dünən, 15:04
“ASAN xidmət”də bu sənədlər tələb edilməyəcək - Prezident imzaladı
Dünən, 15:02
“Report”un əməkdaşı faciəvi şəkildə ÖLDÜ - FOTO
Dünən, 14:52
"Sübutlarım var, istintaqa verəcəm" - Razini döydüyü deyilən Ziya DANIŞDI / FOTO
Dünən, 10:25
DİN-dən ƏMƏLİYYAT: İrandan 50 kiloqram narkotik gətirən şəxs saxlanıldı (VİDEO)
Dünən, 10:17
FHN-dən hava ilə əlaqədar əhaliyə MÜRACİƏT
Dünən, 10:11
Ərdoğan hökumətdə bu dəyişlikləri edəcək
Dünən, 10:05
Razi Əliyeva döyüldü - VİDEO
Dünən, 09:49
Baydenin eks-müşaviri Rusiya vətəndaşlığına keçir
Dünən, 09:44
Bakının bu rayonunda SÖKÜNTÜ başlayır - Sakinlərə yeni binadan mənzillər, 450 AZN kirayə pulu veriləcək - VİDEO
Dünən, 09:21
Əhaliyə şad xəbər - Bu şəxslər 50 yaşından pensiyaya çıxa bilər... (VİDEO)
Dünən, 09:15
Gecəsi 250 manata olan İSTİRAHƏT MƏKANLARI: Bölgələrdə qiymətlər ƏL YANDIRIR – ARAŞDIRMA
Dünən, 00:54
İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlandı - FOTO
Dünən, 00:51
Ruhəngiz Allahverdiyeva: “Ailəmi yalnış fikirlər yaymaqla dağıtdılar” VİDEO
Dünən, 00:47
Bakıda gecə binalar üzərində dronlar niyə uçur?
Dünən, 00:45
Millət vəkilinin oğlu ABŞ-da şirkət açdı – FOTO
Dünən, 00:39
Kişilər və qadınlar bu yaşda pensiyaya çıxsın - TƏKLİF VERİLDİ
Dünən, 00:36
Ən sadiq 3 bürc - Onlarla dost və sevgili olmağa dəyər
Dünən, 00:33
“Mən oğlan sevməmişəm, heç danışmamışam” - Elnarə Abdullayeva / VİDEO
Dünən, 00:23
Kənan MM böyrəyini satır - SƏBƏB
Dünən, 00:20
İyun ayı DÖRD BÜRCƏ maliyyə, karyera və sevgidə böyük dəyişikliklər gətirəcək
Dünən, 00:16
Azərbaycanda istirahət üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR