Türkiyə ilə bağlı ŞOK XƏBƏRDARLIQ: İnsanlar ölümlə üz-üzə...




      Bölmə: Dünya Tarix: 24.03.2023 / 11:09

Hava çirkliliyinin insan sağlamlığına təsiri üzərində çalışan 15 sağlamlıq, ətraf mühit və iqlim təşkilatının yaratdığı Təmizlik Haqqı Platforması (THHP) Türkiyə hesabatını açıqlayıb.

44GÜN.AZ “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyədə Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə təmiz şəhər olmadığına diqqət çəkilən hesabatda havanın ən çirkli olduğu 5 şəhər sırasına Batman, İğdır, Ağrı, Şırnak və Malatyanın daxil olduğu göstərilib.

Hesabata əsasən, Hakkari vilayətinin bir neçə bölgəsi kükürd dioksid səbəbilə çox çirklənib. Zəlzələdən zərər çəkmiş şəhərlərdə havanın çirklənməsi, dağıntı tozları və isinmə üçün ocaqların qalanması səbəbilə limitin 2,5 dəfə, ÜST-nin təlimat dəyərlərinin isə 7,5 dəfə artdığı açıqlanıb. Çirklənmiş havanın xərçəng, ürək-damar xəstəlikləri və ağciyərlərin xroniki obstruktiv xəstəliyinə səbəb olacağı barədə xəbərdarlıq edilib.

Hesabatda ölüm səbəbləri arasında hava çirkliliyinin ən yüksək paya sahib olduğu ərazilərin İğdır, Karaman və Batman olduğu qeyd edilib. Bildirilib ki, 2021-ci ildə Batmanda hər 100 ölümdən 31-i, İğdır və Karamanda isə hər 100 ölümdən 28-i hava çirkliliyinə görə olub. PM10 çirkliliyi 2021-ci ildə Batman, İğdır, Ağrı, Şırnak və Malatyada ən yüksək səviyyədə olub. Bu əyalətlərdə orta göstəricinin ÜST-nin PM10 hissəcikləri üçün 15 mikroqram/kubmetr səviyyəsindən 5-8 dəfə yüksək olduğu müəyyən edilib.

Təmiz Hava Platformasının koordinatoru Deniz Gümüşel bildirib ki, Türkiyədə 360 stansiya ilə geniş monitorinq şəbəkəsi olsa da, bu stansiyalarda müntəzəm ölçmə aparılmır. O əlavə edib ki, fəlakət bölgəsində asbest riski ciddi ictimai sağlamlıq problemidir:

“İskəndərun şəhərində son 40 gündə hava çirkliliyi hər kubmetr üçün 200 mikroqram olaraq ölçülüb. Davam edən çirklənmənin səbəbi səlahiyyətli orqanlar tərəfindən araşdırılmalı və təcili tədbirlər görülməlidir”.

Hesabatda isitmə üçün kömürün yandırıldığı, tikinti və nəqliyyatın sıx olduğu İstanbul və Ankarada hava çirkliliyinin qorxulu səviyyədə olduğu bildirilib.  /musavat.com/






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq