Şeyx Hacı Şahinin yerinə adam tapa bilmir




      Bölmə: Xəbər Tarix: 22.03.2023 / 11:33

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin qəfildən dünyasını dəyişməsi ölkə müsəlmanlarını yasa boğdu. Sevənləri izdihamla yola saldıqları mərhum üçün uzun müddət yas tutdular. Hacı Şahinin ürəktutmasından dünyasını dəyişməsi Qafqaz Müsəlmanları İdarəsində də müəyyən problemlərə yol açıb. QMİ sədri Hacı Allahşükür Paşazadə Hacı Şahini əvəzləyəcək şəxsi tapmağa çətinlik çəkir.

Hacı Şahinin vəfatından sonra onu ilk əvəzləyən şəxs yetirməsi Hacı Elbrus Kərimov oldu. Martın 10-da möminlər Məşədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qıldılar. O vaxt şiə cameəsinin sevdiyi və hörmət etdiyi gənc və savadlı ilahiyyatçı Hacı Elbrus Kərimovun Hacı Şahini əvəzləyəcəyi, Məşədi Dadaş məscidinə onun yerinə axund təyin olunacağı ilə bağlı məlumatlar yayıldı. Azərbaycan dili ilə yanaşı rus, ərəb və fars dillərini də yüksək səviyyədə bilməsi, Hacı Şahinin sağlığında tez-tez onun yaxın ətrafında görünməsi, mərhumun ən sevimli yetirmələrindən biri olması bu ehtimalı daha da artırdı. Amma QMİ martın 17-də cümə namazını ona deyil, Hacı Şahinin başqa bir yetirməsinə – Kərbəlayi Elmir Vəliyevə həvalə etdi. Təbii ki, bu qərar birmənalı qarşılanmadı və dindar çevrələrdə müzakirələrə yol açdı.

Hazırda martın 24-də Hacı Şahini hansı ilahiyyatçının əvəzləməsi böyük maraq doğurur.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bununla bağlı QMİ rəhbərliyi arasında qeyri-müəyyənlik hökm sürür. Başda QMİ sədri Hacı Allahşükür Paşazadə olmaqla İdarənin rəhbər şəxsləri Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi barədə qəti qərar verməyə çətinlik çəkirlər. Həm Hacı Elbrus Kərimovun, həm də Kərbəlayi Elmir Vəliyevin Məşədi Dadaş məscidinin axundu olmayacağı dəqiqləşsə də, Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi hələ ki bəli deyil.

QMİ əməkdaşlarından biri saytımıza açıqlamasında deyib ki, hazırda bu məsələ rəhbərlik tərəfindən ciddi müzakirə olunur. Onun sözlərinə görə, Hacı Şahinin “40” mərasimindən sonra Məşədi Dadaş məscidinə yeni axund yerinə təyin olunacaq.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)