Azərbaycan iqtisadi cəhətdən nə qədər azaddır? - Hesabat




      Bölmə: Xəbər Tarix: 20.03.2023 / 14:13

Dünyanın aparıcı analitik mərkəzlərindən hesab olunan "Heritage Foundation" institutu və "The Wall Street Journal" nəşri tərəfindən hazırlanan ənənəvi illik hesabatda göstərilir ki, Azərbaycan ötən il iqtisadi azadlığın səviyyəsinə görə 176 ölkə arasında 75-ci sırada qərarlaşıb.

Yeniavaz.com xəbər verir ki, "İqtisadi Azadlıq İndeksi-2023" adlandırılan bu hesabatda əmlak hüquqları, dövlət xərcləri, vergi, biznes, əmək, valyuta, ticarət, investisiya və maliyyə azadlığı sahələri üzrə ayrı-ayrı ölkələrdə iqtisadi azadlıqların səviyyəsi göstərilib. Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun açıqladığı statistik rəqəmlər əsasında aparılan araşdırmalarda ölkələrin göstəriciləri faizlə ifadə olunub. Hesabatda Azərbaycanın 2022-ci illə müqayisədə 2023-cü ildə mövqeyində dəyişiklik olmayıb.

2022-ci illə müqayisədə 2023-cü ildə ölkəmizdə iqtisadi azadlığın səviyyəsi 0,2% azalaraq 61,4%-ə düşüb. Məlumat üçün onu da bildirək ki, 80-100% arasında nəticə göstərən ölkələrin iqtisadiyyatı tam azad, 70-79,9% - əsasən azad, 60-69,9% - orta azad, 50-59,9% - əsasən azad olmayan, 1-49,9% isə iqtisadiyyatın təzyiq altında olduğunu göstərir.

İqtisadi azadlığın səviyyəsinə görə Azərbaycan region ölkələr arasında 4-cü sırada yer alır.

Gürcüstan (35-ci yer-68,7%),
Ermənistan (50-ci yer-65,1%)
Qazaxıstan (71-ci yer-62,1%)
iqtisadi azadlığın səviyyəsinə görə Azərbaycandan öndə yer alıblar.
Digər MDB və region ölkələrinə gəldikdə isə onların mövqeyi belə olub:
Moldova (96-cı yer-58,4%),
Türkiyə (104-ci yer-56,9%),
Özbəkistan (109-cu yer-56,5%),
Qırğızıstan (115-ci yer-55,8%),
Rusiya (125-ci yer-53,8%),
Belarus (145-ciyer-51%),
Tacikistan (146-ci yer-50,6%),
Türkmənistan (161-ci yer-46,5%),
İran (169-cu yer-42,2%).

"Heritage Foundation" və "The Wall Street Journal"ın hazırladığı hesabatda göstərilir ki, 2023-cü ildə Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə ən pis nəticəni məhkəmə effektivliyi ilə bağlı sahədə göstərib.

Digər sahələrdə vəziyyət belə olub:
Məhkəmə effektivliyi - 15,9 %
Hökumətin dürüstlüyü – 26,9 %
Mülkiyyət hüquqları - 51,7 %
Əmək azadlığı – 55,8 %
Maliyyə azadlığı - 60 %
Büdcə xərcləri - 63 %
Biznes azadlığı – 68,3 %
Ticarət azadlığı - 68,6 %
İnvestisiya azadlığı - 70 %
Valyuta azadlığı – 70,3 %
Vergi yükü - 87,3 %
Maliyyə sağlamlığı - 98,6 %

"İqtisadi Azadlıq İndeksi - 2023" adlı hesabat görə, dünyanın ən azad iqtisadiyyatına Sinqapur və İsveçrə malik olub. İralandiya 3-cü olub. Siyahıda Tayvan 4-cü, Yeni Zelandiya 5-cidir.

Bu sahədə "liderliyk" hər ildə olduğu kimi yenə də Şimali Koreyaya məxsus olub. Reytinq cədvəlinin sonuncu - 176-cı pilləsində qərar tutan bu ölkədə iqtisadi azadlığın səviyyəsi cəmi 2,9% həddində göstərilib. Onu da qeyd edək ki, Şimali Koreyada iqtisadi azadlığın səviyyəsi son bir ildə 0,1% həddində mənfiyə doğru dəyişib. Bu ölkədən sonra Venesuela, Kuba və Sudan də iqtisadi azadlıqların ən pis təmin olunduğu ölkələr olub.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)