43 yaşlı müğənni Roza Zərgərli maraqlı paylaşımı ilə diqqət çəkib.
44GUN.AZ xəbər verir ki, o, qazaxıstanlı həmkarı, 65 yaşlı Roza Rımbayeva ilə görüşərək səmimi söhbət etdiyi anları özünün şəxsi "İnstagram" səhifəsində paylaşıb.
Roza həmkarı ilə ilk dəfə Almatıda keçirilən konsertdə tanış olduğunu deyib və məhz bu zaman öz fanatlarının keçirdiyi həyəcanı anladığını etiraf edib.
Videoda Zərgərli adının məhz bu xanımın şərəfinə qoyulduğunu açıqlayıb:
"Mən doğulduğum zaman Roza Rımbayevanın 21 yaşı olub, ifa etdiyi mahnı isə 1979-cu ildə ilin mahnısı seçilib. Mənim adımı onun şərəfinə qoyublar. Atam Zərgərə buna görə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, insanın adının onun həyatına təsiri böyükdür. Adını necə qoysan, elə də yaşayacaq".
Roza Rımbayeva onun da adının qazaxıstanlı müğənni Roza Baqlanovanın şərəfinə qoyulduğunu qeyd edib.
Sözügedən paylaşımı təqdim edirik: