YPX əməkdaşı yaxa mikrofonu olmadan cərimə yaza bilər? - AÇIQLAMA + FOTO




      Bölmə: Siyasət Tarix: 17.03.2023 / 15:40

Sürücülərlə Dövlət Yol Polisi əməkdaşlarının yeganə mübahisə mövzusu cərimədir. Qayda pozub məsuliyyətdən yayınmaq istəyənlər də az deyil. Bir məsəl də var ki, “heç kim öz qatığına turş demir”. 

Belə ki, sürücülər özünün haqlı olduğunu sübuta yetirmək üçün videoqeydiyyatçı, DYP əməkdaşları isə aidiyyəti üzrə formalarının üzərində yaxa mikrofonu daşıyırlar. Sosial şəbəkələrdə YPX əməkdaşlarının üzərində yaxa mikrofonu olmadan sürücüyə cərimə tətbiq etməsinin qanunsuz olduğuna dair paylaşımlar edilir. Digər hərəkət iştirakçıları isə bunu dəstəkləyirlər. 

Bəs görəsən, qanun bu barədə nə deyir? YPX əməkdaşı yaxa mikrofonu olmadan, xidmətdə tək olanda cərimə yaza bilər? 

Məsələ ilə bağlı Oxu.Az-ın sualını Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli cavablandırıb. 

Onun sözlərinə görə, DYP əməkdaşı yaxa mikrofonu olmadan və ya xidmətdə tək olanda da qayda pozuntusu varsa, onu aşkarlaya, qanuni tədbirlər görə bilər:

“Əgər xidmətin təşkilində nöqsan varsa, onda onun xidməti fəaliyyəti araşdırılarkən, yəni niyə yaxa mikrofonu taxmamışdı və ya nə üçün təchiz edilməməsi ilə bağlı suallara cavabı özü ilə yanaşı, hətta xidməti təşkil edən komandirləri də məsuliyyət daşıyırlar. Sürücü isə qayda pozduğu halda əməli aşkar edilib, sübuta yetirilib və buna uyğun cərimə yazılıbsa, həmin qayda pozuntusuna görə seçilmiş qərardan narazıdırsa, məhz həmin məqama münasibət bildirməlidir.

Sürücünün etirazı yaxa mikrofonuna yox, qayda pozuntusunun aşkarlanmasına və nəticədə verilən qərara görə olmalıdır. Bu isə əsaslı arqumentlərə söykənməlidir. Bu tip digər xidməti məsələlərə isə yalnız öz münasibətini bildirə bilər. Yol Patrul Xidməti haqqında təlimatda bu barədə müvafiq qeydlər var. Təhlükəsizlik üçün ən müasir texnologiyaları ölkəmizdə ilk tətbiq edənlərdən biri də elə məhz DİN BDYP olub və sürücülərlə təması minimuma endirmək üçün, demək olar ki, bütün xidmətlərini elektronlaşdırıb. Qayda pozuntularını avtomatik rejimdə aşkarlamaqla tətbiq edirik”.

Polis mayoru bəzi intizamsız sürücülərə bu kimi primitiv suallara məsuliyyətdən yayınmaq üçün üz tutmaqdansa, intizamlı olmağı tövsiyə edib:

“Ümumiyyətlə, hərəkət iştirakçıları məsuliyyətli olmağı həyat tərzinə çevirməlidir ki, cəmiyyət üçün xeyirli olsun. Yaxa mikrofonuna gəldikdə isə, tam əksinə, ondan istifadə etmək DYP əməkdaşının öz üstünlüyü və məsuliyyətinin sığortasıdır. Amma bütün hallarda bunu sorğu-sual etmək həmin xidmət aparan əməkdaşın komandiri, rəisləri tərəfindən icazəlidir. Yol Patrul Xidməti haqqında təlimat kitabçası hamı üçün əlçatandır. Açıq sənəddir və hər yerdə satılır. DYP-nin rəsmi səhifəsində də elektron forması yerləşdirilib. Şübhəli məqamları olanlar varsa, bu sənədi oxuya bilərsiniz. Amma tövsiyə edirəm ki, daha vacib olan “Yol hərəkəti haqqında qanun”u oxuyub, tələblərə əməl edəsiniz. Məncə, bu, kiminləsə mübahisə edib, bəzən vaxt itirməkdən qat-qat daha faydalıdır. Həm də ən əsası hüquq və vəzifələrinizi bilib daha sağlam və təhlükəsiz hərəkətiniz üçün həyati əhəmiyyətlidir”.






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq