Eldar Əzizovun sərəncamı vətəndaşları evsiz qoya bilər




      Bölmə: Xəbər Tarix: 12.01.2023 / 17:45

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

Ləzgiyev Fazil Hüseyn oğlu, Qasımov Zaməddin Cavanşir oğlu, Dadaşov Rəhim Tahir oğlu, Əyyubov İlqar Aqil oğlu, Nağıyev Şamil Salman oğlu və Qasımov Vüsal Zaməddin oğlu icra hakimiyyəti ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Vətəndaşların iddiası təmin edilmədiyi üçün onlar apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatındadır. 

Məsələnin kökü Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binaların sökülməsindəm qaynaqlanır. Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən vətəndaşlar həmin binaların sakinləridir. 

Bakı şəhərinin icra başçısı Eldar Əzizovun 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Nəsimi rayonu, akademik Mirəsədulla Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün "İnvest.M Construction” MMC-yə icarəyə verilib. Şirkət də binadakı mülkiyyətçilərin bir qismi ilə razılığa gələrək söküntü işlərinə başlayıb. 30-35 mənzilin mülkiyyətçiləri ilə razılığa gəldikdən sonra mənzillərin qapıları, pəncərələrini söküblər. Halbuki söküntüdən narazı olan xeyli sayda sakin var. 

Sakinlər ayrıca şirkəti də məhkəməyə veriblər. Nəsimi Rayon Məhkəməsi onların iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Lakin şirkət məhkəmə qərarlarına məhəl qoymayaraq söküntünü davam etdirib. Bu baxımdan sakinlər Eldar Əzizovun sərəncamını mübahisələndirməyi qərara alıblar. 

"İnvest.M Construction” MMC 25 oktyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Musayev Cavid İntiqam oğludur. 

Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Mediada isə "İnvest.M Construction” MMC-nin adı keçən xeyli sayda materiala rast gəlinir. Həmin materiallarda şirkətin "yaşıl soyqırım” apardığı və başqa qanunsuz əməllərindən bəhs edilir. 

Bir məqamı da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən sakinlərdən Fazil Ləzgiyev hüquqşünasdır. O Vəkillər Kollegiyasının üzvüdür. |qaynarinfo.az|





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)