Ən qorxunc qatillər və manyaklar hansı bürclərdən çıxır? – ABŞ Federal Təhqiqatlar Bürosunun MƏLUMATI




      Bölmə: Sosial Tarix: 15.03.2023 / 01:15

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) serial qatillərin, manyakların və digər cinayətkarların doğum tarixlərini açıqlayıb.

Beləliklə, hansı işarənin altında doğulanların cinayətlərə daha çox meylli olması ilə bağlı statistik məlumatlar ortaya çıxıb.

Əkizlər

Onlar haqqında daim pis danışılır, lakin rəsmi rəqəmlərə görə ən təhlükəsiz bürc Əkizlərdir! Yəqin ki, onlar kimisə öldürəcək və ya incidəcək qədər ciddi qəbul etmirlər. Əkizlər əlinə ən az qan bulaşan bürcdür. Bəlkə də onlar qurbanlarını öldürmək əvəzinə çənələri və qeybətləri ilə mənəvi işgəncəyə üstünlük verirlər. Nə demək olar, onlar həqiqətən də müdrikdirlər?!

Dolça

İkinci ən məsum bürc Dolçadır! Bəlkə buna ədalətə böyük əhəmiyyət vermələri və ya eqolarının asanlıqla inciməməsi səbəb ola bilər. Səbəbi dəqiq bilinməsə də, Dolça Əkizlərdən sonra ən az şiddət göstərən bürcdür. Bəlkə də o qədər ağıllıdırlar ki, qətl törətsələr də, əsla iz buraxmır və yaxalanmır.


Şir


Şir də cinayətlərdə ən az iştirak edən bürclərdən biridir. Ancaq aralarında qatillər də var. Şir bürcü altında doğulan qatillərin əksəriyyətinin öldürmə səbəbi kimi diqqəti cəlb etmək olduğu göstərilib.

Tərəzi

Tərəzilər ədalətli, mehriban, səbirli hesab olunurlar. Buna görə də söhbət qətllərə gəldikdə Şir və Dolça bürclərini üstələmələri təbii ki, qəribədir! Yəqin ki, səbrin də həddi var! Onların kobud rəftar və xoş niyyətdən sui-istifadəyə dözə bilmədikləri üçün əllərini qana buladıqları ehtimal olunur.

Qız

Psixopat və vasvası qatil deyiləndə Qız bürcü ağla gəlir! Onu da qeyd etmək yerinə düşər ki, Qızlar adam öldürməkdən daha çox oğurluğa və dələduzluğa üstünlük verirlər.

Balıqlar

Balıqları yumşaqqəlbli hesab edirdiniz? Yanıldınız! “Qatil Kloun” kimi tanınan Con Ueyn Qeysi, eləcə də Riçard Ramires, kədərli hekayəsi ilə məşhur olan Eylin Uornos ən məşhur Balıqlar bürcü serial qatilləri arasındadır… Balıqlar asılılığa meyilli xarakterləri ilə qeyri-adi cinayətlər törədirlər. Bir daha xatırladaq ki, hamının emosional hesab etdiyi Balıqlar siyahıda 7-ci ən təhlükəli bürcdür.

Oğlaq

Bu bürc altında doğulan serial qatillərin sayı orta səviyyədə olsa da, ən çox insan öldürən serial qatil Oğlaq bürcündəndir. Qanunlara və qaydalara hörmətləri ilə tanınsalar da, siyahının tam ortasındadırlar. Bu bürcdən olanlar cinayətə elə də meyill deyillər, amma bir dəfə özlərindən çıxsalar, çox təhlükəli hal alırlar.

Qoç

Dikbaşlığı ilə tanınan Qoçların siyahının üst sıralarında yer almaları heç kimi təəccübləndirmir. Onlar ani əsəbləşir, tez sakitləşirlər. Ona görə də ən təhlükəli bürc kimi 5-ci sırada yer tuturlar. Qoç bürcünü əsəbiləşdirsəniz, bir müddət ondan uzaq durun; nəyə hirsləndiyini unudacaq.

Buğa

Buğa bürcünün qəzəbi şiddətlidir, buna şübhə yoxdur! Onun törətdiyi cinayətlər qətldən çox fırıldaqçılıq kimi maliyyə məsələləri ilə bağlıdır. Dəbdəbəni, komfortu sevir, nə etsin?!

Oxatan

Növbə ən təhlükəli üçüncü bürcə gəldi. Oxatanların törətdiyi qətllər, cinayətlər əsasən böyük əks-səda doğurur. Onların cinayətləri çox vaxt fərdi xarakter daşımır. Məsələn, Ted Bandi, Pablo Eskobar, Stalin… Hamısı Oxatandır! Onlar özlərini “lider” elan edir, kütləvi şəkildə öldürürlər.

Əqrəb

Bu siyahı hamıya məlum olan həqiqəti təsdiqləyir. Əqrəblərin psixopat olduqları anlara çox adam şahid olub. Bir çox serial qatil noyabr ayında doğulduğu üçün əksəriyyəti Oxatan, qalanları isə Əqrəb bürcünə düşür. Adətən sadist qətllər törətdikləri qeyd edilir. Beləliklə, əqrəblərdən qorxmağa davam edin!

Xərçəng

Siyahının zirvəsinə yerləşən bürc hamı üçün sürprizdir. Adətən, özlərini həssas, mədəni, incəqəlbli təqdim edən Xərçənglər sən demə planetdəki ən təhlükəli adamlar imiş. Onların adətən qısqanclıq zəminində qətl törətdikləri bildirilir. Demək ki, dəyişkən əhvalları onları cinayətə sürükləyir. Necə deyərlər: asta atın təpiyi bərk dəyər!

Bütün bürclərin sülh içində yaşadığı bir dünya arzulayırıq!






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)