Bu kənddə Torpaq çərşənbəsi gecə məzar başında qeyd olunur - REPORTAJ




      Bölmə: Sosial Tarix: 14.03.2023 / 19:44

İlaxır çərşənbə hər bölgədə özünəməxsus qaydada, öz adət-ənənəsi ilə qeyd edilir. Elə Tovuz rayonunun Əyyublu kəndində də sonuncu - Torpaq çərşənbəsinin adətləri heç də Novruz bayramı şənliklərindən geri qalmır. Həmin günü bütün kənd elliklə qeyd edir. Qədim ənənələrimiz bu gün də yaşadılmaqdadır.

44GÜN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Torpaq çərşənbəsinə bir neçə gün qalmış evlərdə hazırlıqlara başlanılır, təmizlik işləri görülür, həyət-baca səliqəyə salınır. Təsərrüfatda isə yaz hazırlıq işləri yekunlaşdırılır. Ağacların budanması, kolların diblərinin bellənməsi kimi işlər başa çatdırılır. Bir sözlə, təbiətin oyanışı ilə kənd həyatında da bir canlanma başlanır. Xanımlar isə mətbəx işləri ilə məşğul olurlar. Çərşənbəyə bir-birindən dadlı təamları hazırlanır, milli yeməklərimiz bişirilir. Plov isə süfrənin şahı sayılır. Bu qədər yeməklər və şirniyyatlar təkcə ailə üzvləri üçün nəzərdə tutulmur. Bayram günündə qonaq gələnlər də bu təamlardan dadır.

Ölkəmizdə qeyd olunan çərşənbələrin hamısı, xüsusən də İlaxır çərşənbə qonaqlı-qaralı, çal-çağırlı və maraqlı adət-ənənələri ilə yadda qalır. Əyyublu kəndində Cəfərovlar ailəsi də böyük həyəcanla bir neçə gün öncədən Torpaq çərşənbəsinə hazırlaşıb. Ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olsa da, çərşənbə axşamı onlar daha çox qonaq qəbul edirlər. Ailə başçısı Rövşən Cəfərov deyir ki, bu çərşənbəyə qədər yaza hazırlıq məqsədilə torpaqda görüləcək işləri yekunlaşdırmaq lazımdır.
“Çərşənbələr gələndə bütün el-oba sevinir, təbiət oyanır, insanlarda bayram ab-havası yaranır. Hamı bir birinə qonaq gedir, bayramlaşırlar. Qocalar, ağsaqqal və ağbirçəklər ziyarət olunur, bayramları təbrik edilir”, – deyə Əyyublu sakini Rövşən Cəfərov əlavə edir.


 İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın, özündən əvvəlki 3 mühüm ünsür - su, od və yelin oyanması isə əkinçilik həyatının başlanmasına işarədir. Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Bu çərşənbədə insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar. İlaxır çərşənbədə süfrəni xörəklərlə yanaşı, şirniyyatlar da bəzəyir. Axşamüstü tonqal qalanması isə hər çərşənbədə olduğu kimi, bu çərşənbədə də qalanır. Özü də digər çərşənbələrdə qalanan tonqaldan daha böyük olur. Tonqal ətrafına yığılan insanlar “ağırlığım, uğurluğum bu tonqalda yansın” - deyib, od üzərindən atlanır.

Əyyublu kənd sakinlərinin Novruz çərşənbələrində yaşatdığı fərqli bir ənənə də var. Belə ki, digər çərşənbələrdə olduğu kimi, Torpaq çərşənbəsində də hava qaralanda qəbiristanlıq ziyarət olunur, dünyasını dəyişmiş əzizlərinin məzarı önündə şamlar yandırılır. Beləliklə rəhmətə gedənlərin ruhu da şad olur. Bu barədə danışan Rövşən Cəfərov deyib: “Bizdə belə adət var ki, İlaxır çərşənbədə rəhmətə gedənləri qəbiristanlıqda yad edirik. Orada “lopa” və şam yandırılır. Bizdən öncə ata-babalarımız belə ənənəni yaşadıb bizə ötürüb. Bizim də borcumuz bu adətlərimizi yaşatmaqdır”.
 

İlaxır çərşənbədə qapı pusma kimi adət Əyyubluda da yaşadılır. Sakinlər, əsasən də qızlar bu çərşənbə axşamı niyyət edib qapı pusmağa çıxır, evlərdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışırlar. Yaşlı nənələrin köməyi ilə eşitdikləri sözlər yozular, bir nəticə hasil olar.

İndi Əyyublu sakinləri ilə bərabər, ölkəmizin digər guşələrində də bayram tonqalları daha gur yanır, çərşənbələr daha yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Artıq üç ildir ki, xalqımız Qarabağına qovuşub. İndi Qarabağda da çərşənbə tonqalları qalanır. Tonqalın əbədi, alovu gur yansın Azərbaycan! İlaxır çərşənbəniz mübarək!






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)