“Azərsu” bir səmərəsiz layihəyə 72 milyon dollar xərcləyir, yükü isə əhaliyə çəkdirmək istəyir




      Bölmə: Xəbər Tarix: 14.03.2023 / 19:25

Son günlərdə əsas müzakirə mövzularından biri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Etibar Məmmədovun sudan istifadəyə görə qiymət artımının zəruriliyi haqda açıqlaması oldu. Sədr müavini bildirmişdi ki, əhaliyə içməli su maya dəyərindən aşağı qiymətə satılır, tariflərin artırılması üçün təşəbbüslə çıxış etmək niyyətindədirlər:

“Tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur”.

Bu açıqlama sosial mediada müzakirələrə, tənqidlərə yol açdı və nəticədə martın 13-də “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yaydı ki, içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib, belə bir müraciət də nəzərdə tutulmur.

Əgər belə bir müraciət nəzərdə tutulmayıbsa, o zaman sədr müavini hansı səbəbdən bu cür danışır? Elə qiymət artımı müzakirə olunan günlərdə “Azərsu” ASC-nin büdcə vəsaitlərini səmərəsiz xərclədiyini təsdiqləyən yeni faktlar ortaya çıxdı. Bu barədə Hesablama Palatasından məlumat yayıldı. Məlum oldu ki, Hesablama Palatası “Azərsu”nun “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair səmərəlilik auditi aparıb. Layihənin ümumi dəyəri 72 milyon dollardır.

“Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər səbəbindən əsas vəsait qismində deyil, kapitallaşdırılmış məsrəflər qismində uçota alınan qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50 faizdən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib”, – Hesablama Palatasından bildirilib.

Həmçinin vurğulanıb ki, layihənin istismar müddəti, qurğunun təchizatı üzrə daxili bazar qiymətləri düzgün nəzərə alınmayıb, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanları itirilib. Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaranıb.

“Azərsu” ASC-ni başa düşmək olardı, amma o halda ki, yuxarıda qeyd etdiyimiz hallar olmasaydı – təkcə bir layihədə 72 milyon dollar səmərəsiz xərclənməsəydi…

72 milyon dollardan söhbət gedir! Sədr müavini isə deyir ki, qurum xərclərin çox olmasına görə zərərlə işləyir. Açıq-aşkar qiymətlərin artırılmasından başqa heç bir yol olmadığını iddia edirlər. Bir növ, səmərəsiz işin cəzasını əhalinin çəkməsini istəyirlər.

Yada salaq ki, ölkədə sudan istifadəyə görə qiymətlərin artmasından təxminən iki il keçir. Onsuz da indiki şərtlər belə, əhaliyə uyğun görünmür. Qiymətlərin əhalinin böyük bir hissəsinin gəlirlərinə mütənasib olmaması bir yana, üstəlik, suyun keyfiyyəti də çox aşağıdır.

Böyük şəhərlərdə, xüsusilə Bakıda istifadə olunan içməli suyun əksər hissəsi orqanizm üçün zərərlidir. Buna görə insanlar filtrlərə ehtiyac duyur. “Azərsu” əhaliyə keifiyyətli xidmət təklif etsə, heç kim mağazadan su almaz.

Paytaxtın, hətta mərkəzində belə, suyun fasilələrlə verildiyi ərazilər var. İnsanlar su çənləri olmadan keçinə bilmir. Suyun qiymətini tez-tez qaldırmaq asandır. Bəs problemləri kim həll edəcək?

“Azərsu”nun fəaliyyətinin bərbad olması mübahisə doğurmur. Qurumun məsuliyyətsizliyinə görə əhali ciddi əziyyət çəkir. Amma digər yandan “Azərsu” məsuliyyətsizliyin yükünü də camaata çəkdirir.

Hər dəfə qiymət artırılanda xidmət keyfiyyətinin də yaxşılaşacağı vəd edilir. Amma zamanla vəziyyət yalnız pisləşir. İndi “Azərsu”nun qiymət artımını müzakirəyə çıxarması “içilən” pulların gündəmini “yumaq”dan başqa bir şey deyil.

Bizimyol.info






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)