“Hacı Şahinin ailəsi bu addımı atmağa məcbur oldu” - Dostu danışdı




      Bölmə: Sosial Tarix: 13.03.2023 / 14:49

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin vəfatından 10 gündən çox vaxt keçməsinə baxmayaraq, onun personası ətrafında başlayan müzakirələr səngimək bilmir.

Martın 2-də Yasamal qəbiristanlığında mərhumla keçirilən izdihamlı vida mərasimindən sonra Hacı Şahinin qəfil ölümü ölkə mətbuatının bir nömrəli mövzusuna çevrildi.

Mərhumun vəfatından sonra baş verən hadisələr - məzarının hər gün ziyarət edilməsi, qəbiristanlıqda gecələr keşik çəkilməsi, şəxsi yazışmaların ictimailəşdirilməsi Hacı Şahinin şəxsiyyətinə olan marağın azalmasına imkan vermir. 48 yaşlı ilahiyyatçının məzarı üstündə təşkil olunan anım tədbirləri onun davamlı olaraq gündəmdə qalmasını təmin edən əsas faktorlardan biri idi.

Qeyd edək ki, ötən həftə Hacı Şahin Həsənlinin ailəsi onu sevənlərə müraciət edərək mərhumun məzarının ziyarət edilməsini dayandırmağı xahiş etdi. Həsənli ailəsinin bu müraciəti birmənalı qarşılanmadı. Özlərini Hacı Şahinin davamçısı, hətta pərəstişkarı sayan çoxlu sayda insan bundan narazı qaldıqlarını açıq şəkildə dilə gətirdilər.

Hacı Şahin Həsənlinin ailə üzvlərinin bu cür müraciətə imza atmasına səbəb nədir?

Dostlarından biri “Yeni Sabah”a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, ailəsi məcburiyyət qarşısında qalaraq bu addımı atıb:

“Ailə öz başçısını, ən əziz adamını itirib. Onlar hələ də bu faciənin şokunu yaşayırlar. Hamı razılaşar ki, Hacı Şahinin qəfil ölümü ən çox onun ailə üzvlərini ağrıdır. Mediada aparılan müzakirələr, lazımsız söz-söhbətlər ailənin başını qatır, onları lüzumsuz müzakirələrə cəlb edir. Nəticədə bu adamlar dərdlərini çəkə, acılarını yaşaya bilmirlər. Bəzən bir gündə yüzlərlə insan Hacı Şahinin ailə üzvləri ilə danışmaq, onlarla müxtəlif məsələləri müzakirə etmək istəyir. Bu isə fiziki baxımdan mümkün deyil. Üstəlik, gecə ziyarətləri, məzarlıqda keşik çəkilməsi əlavə problemlər yaradırdı. Bəzi adamlar bu məsələni siyasiləşdirməyə can atırdılar. Kimlərsə xoşagəlməz söz-söhbətlərlə Hacı Şahinin ruhunu narahat edirdi. Buna görə də ailəsi qəbirüstü abidənin hazırlandığını əsas gətirərək insanlardan Hacının məzarını ziyarət etməməyi xahiş etdi”.

Müsahibimiz deyib ki, möminlər, Hacını tanıyan, sevən insanlar ailənin müraciətinə hörmətlə yanaşaraq mərhumun məzarını ziyarət etməyi dayandırıblar.

“Hazırda məzarın ətrafında hər hansı iş getmir, çünki Hacının qəbirüstü abidəsi hələ hazır deyil. Bu proses 40 mərasiminə kimi başa çatacaq. Buna baxmayaraq, nadir hallarda onun məzarının ziyarətinə icazə verilir. Daha çox ucqar rayonlardan gələn adamların və sağlığında Hacı Şahinlə isti münasiubətləri olan bir neçə ağsaqqalın onun məzarını ziyarət etməsinə şərait yaradılır. Bu vəzifəni Məşədi Dadaş məscidinin əməkdaşları icra edir”. - deyə həmsöhbətimiz fikrini tamamlayıb.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)