Zatulin: Paşinyanın bütün oyunları buna xidmət edir




      Bölmə: Xəbər Tarix: 11.01.2023 / 12:27

“Avropa və ABŞ ölkələri Ermənistan tərəfinə münaqişənin həllində kömək etmək niyyətində deyil. Bu vəziyyətdə Ermənistanın KTMT ilə bağlı heç nə etməyəcəyi barədə bəyanatlar heç bir şəkildə Ermənistanı gücləndirmir. Bütün bunlar Paşinyan hökumətinin müttəfiqini dəyişmək kursunda olduğunu göstərir”.

44GÜN.AZ xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin “Danışır Moskva” radiostansiyasına açıqlamasında deyib.

O qeyd edib ki, Paşinyanın bütün oyunları Qərbi regiona cəlb etməyə xidmət edir: “İndi baş verənlərin hamısı Paşinyan hökumətinin manevrləridir, o, son altı ayda açıq şəkildə müttəfiqlərini dəyişmək üçün çalışır. Rusiyanın əvəzinə - Qərb. Bu bəyanatların səsləndirilməsi onların oyun oynamasından xəbər verir”.

Rusiyalı deputatın fikrincə, Paşinyan Qərbi, xüsusən də ABŞ, Fransanı bölgəyə cəlb etməklə Türkiyə və Azərbaycana qarşı qoymaq istəyir. 

“Bu yolla da istəyinə nail olmağa çalışır. Amma onlar heç vaxt etməyiblər və etməyəcəklər də, mən buna əminəm. Çünki onlar üçün, xüsusən də ABŞ üçün ən vacibi Rusiyanı bu bölgədən çıxarmaqdır. Qalan hər şey - erməni əhalisinin və Qarabağın taleyi onları az maraqlandırır”, - o vurğualyıb. 

Onun sözlərinə görə, Rusiya öz öhdəliklərini yerinə yetirməlidir və o onları yerinə yetirir. “Amma o (yəni-Rusiya-red), Qarabağ məsələsində ermənilərin və Ermənistanın yerinə hərəkət edə bilməz”, - Zatulin vurğulayıb. /ölkə.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)