“İslam dinində “ziyarətgah” anlayışı yoxdur” – Elşad Miri |
Bölmə: Xəbər |
Tarix: 09.03.2023 / 16:05 |
Sosial şəbəkələrdə Bakı daxilində ziyarətgah hesab edilən məkanlara tur təşkil edən şirkətlərdən biri paylaşdığı siyahıya birinci mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarını əlavə edib. Şirkətin bu addımı birmənalı qarşılanmayıb. Tanınmış ilhiyyatçı Elşad Miri isə açıqlamasında deyib ki, ümumiyyətlə, İslam dinində “ziyarətgah” anlayışı yoxdur. ““Qurani-Kərim”ə baxdığımız zaman orada belə bir anlayışın olmadığını görürük. Xüsusilə də qəbir ziyarəti. Məsələn, İslamın özündə belə bir yanaşma var – bu, təbii ki, “Quran”da yoxdur – qəbir ziyarəti insana o biri dünyanı, axirəti, insanın öləcəyini xatırlatmaq üçündür. Amma Bakının Şüvəlan kəndindəki “Mirmövsüm ağa” deyilən yerə gedən insanlar, sizcə, orada axirəti xatırlayırlarmı? Yoxsa “Mirmövsüm ağa” deyilən yer kiminsə hansısa vəzifəyə keçmək üçün nəzir qoyduğu, övladının imtahandan keçməsi üçün pul qoyduğu, uşaq dünyaya gətirmək üçün gedib qəbirlərin ətrafında fırlandığı yerdir? Orada “axirət” anlayışı olmur. Dırnaqarası da olsa, reallıq budur ki, ən böyük biznes elə “din biznesidir”. Təəssüf… Çünki insanlar bunu sorğulamırlar, öz ciblərindən pul verirlər, həmin yerlərdə bir-bir gəzdirilirlər. Adı da olur “ziyarətgah”, guya “mənəvi təsəlli”, “ruhun sakitləşməsi” və sair. Təbii ki, bunların heç birinin mənası yoxdur”, – ilahiyyatçı bildirib. Elşad Miri Məhəmməd Peyğəmbərin həyatından misal çəkib: “Peyğəmbərimizin həyatına nəzər salsaq, onun altı övladı vəfat edib. Peyğəmbərin onların hansınınsa məzarının ziyarətgah olması ilə bağlı bir tövsiyəsi, fəaliyyəti, işarəti olubmu? Bəs Peyğəmbərin vəfatından sonra onun öz yaxın dostlarının bununla bağlı hansısa yanaşması olubmu? Təbii ki, xeyr. Belə olan halda, “ziyarətgah” anlayışının olması bütləşdirməyə aparıb çıxarır. “Büt” anlayışı necə formalaşırdı? Elə bu cür. Əlli-yüz il sonra bilməyən insanlar müxtəlif formalarda, müxtəlif adlarla belə yerləri ziyarətgah kimi istifadə edərək həmin yeri büt halına gətirəcəklər”.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|