Tez öləcəyini bilən Ağ atlı oğlan - FOTO




      Bölmə: Mədəniyyət Tarix: 08.03.2023 / 20:41

Bu gün "Qəm pəncərəsi", "Tənha narın nağılı", "Ağ atlı oğlan", "Pəncərə" filmlərindən tanıdığımız istedadlı aktyor Ruslan Nəsirovun anım günüdür.

44GÜN.AZ  xəbər verir ki, bununla bağlı tanınmış aktyor Vüsal Murtuzəliyev sosial şəbəkədə fikirlərini yazıb.

"Bu gün əziz qardaşımız, aktyor Ruslan Nəsirovun ölümündən 8 il ötür. Onun yoxluğuyla barışmaq çox çətindi. Tanıyanlar bilir ki, Ruslanın özü boyda ürəyi vardı. Fenomenal dublyaj ustası olmaqla bərabər ölkəmizdə Ruslandan çox uşaq rollarına çəkilən aktyor olmayıb. Gələn gündən mənə dublyaj texnikasını öyrətməyi, bir yerdə işləməyimiz, zarafatları, səsini ideal oynatmağı xoş xatirə kimi həmişə yadda qalacaq. Çox tez tərk etdi bizi. Allah rəhmət eləsin. Ruhu şad olsun!"

Ruslan Nəsirov 1974-cü ildə Bakıda anadan olub. İlk dəfə 1984-cü ildə Şamil Mahmudbəyovun Həsənağa Turabovla birlikdə çəkdiyi "Tənha narın nağılı" filmində Sadıq roluna çəkilib.

"Qəm pəncərəsi" filmində Əhməd, "Ağ atlı oğlan"da Cəfər rolu ilə Azərbaycan tamaşaçısının yaddaşına həkk olub.

Həsən Əblucla Ənvər Əblucun 1991-ci ildə "Pəncərə" filmi aktyorun son uğurlu filmi hesab olunur.

Uzun illər Azərbaycan televiziyasında dublyajla məşğul olub. Bir çox əcnəbi filmlərin Azərbaycan dilinə səslənməsində iştirak edən Ruslan Nəsirov bu sahədə böyük uğur əldə edib.

Aktyor 2015-ci ilin mart 6-sında 41 yaşında dünyasını dəyişib.

Aktyor Kamran Yunis vaxtilə Teleqraf.com-a müsahibəsində bildirmişdi ki, Ruslan Nəsirov bu dünyadan tez köçəcəyini bilirmiş:

"Həmişə onu tənbeh edirdim ki, ailə qurmalısan. Çünki böyük qardaşı da ailə qurmamışdı. Anaları övladlarının toyunu görmək arzusu ilə yaşayırdı. Ancaq hər dəfə də eyni sözü deyirdi: "Qədeş, mənim ömrümə az qalıb, niyə kiminsə balasını bədbəxt edim?"

Hətta dublyaj redaksiyasında aktrisa Venera Abbasovaya 40 yaşında öləcəyini demişdi. Belə də oldu, Ruslanın 40 yaşında ürəyi dayandı".







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)