Dövlət Xidmətindən SƏNƏDSİZ evlərlərlə bağlı VACİB XƏBƏR - Bu evlər... |
Bölmə: Sosial |
Tarix: 06.03.2023 / 16:32 |
Özbaşına tikilən evlərin sənədləşdirilməsi qanunverilikdə nəzərdə tutulmayıb. Bu məsələ mövcud qanunvericiliyə dəyişiklik edilməsi yolu ilə təmin ediləcəkdir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Referans.az saytının sorğusuna cavab olaraq bildirilib. “Daşınmaz əmlaka, o cümlədən fərdi yaşayış evlərinə dair çıxarışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş sənədlər siyahısında qeyd olunan hüquqmüəyyənedici sənədlərin təqdim olunması zəruridir. Qeyd olunan sənədlər təqdim olunmadığı təqdirdə hüquqların qeydiyyatının aparılması mümkün olmur. O cümlədən, ev üzərində hüquqların qeydiyyata alınması üçün onun yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla ayrıldığını təsdiq edən sənədin olması zəruridir. Hüquqların qeydiyyatı məhz müvafiq sənədlərin olduğu təqdirdə həyata keçirilir. Qüvvədə olan qanunvericiliklə özbaşına tikililərin sənədləşdirilməsi nəzərdə tutulmamışdır. Bu məsələ mövcud qanunvericiliyə dəyişiklik edilməsi yolu ilə müvafiq normativ hüquqi akt əsasında tənzimləndikdə vətəndaşlar tərəfindən inşa olunmuş özbaşına tikintilərin sənədləşdirilməsi təmin ediləcəkdir. Çıxarışın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan sənədlər varsa və hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslar yoxdursa qeydiyyatın aparılması təmin edilir. Əks halda çıxarışın verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir”.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|