Rafiq Əliyev: “Hacı Şahin Həsənlinin vida mərasimində kişilərin o qədər ağlaması düzgün deyildi”




      Bölmə: Sosial Tarix: 05.03.2023 / 21:45

“Şahin Həsənlini izləyirdim, moizələrini dinləyirdim. İnsanları o qədər cəzb etməsinin səbəblərini öyrənməyə çalışırdım. Bir tərəfdən, bu, insanların dini öyrənmək həvəsindən irəli gəlir. İkinci tərəfdən, insanların kiminsə ardınca getmək arzusu var, amma bu arzularına çatmırlar. Axtarırlar ki, bu arzunu kim reallaşdıra bilər. Şahin də oxuduğu moizələrlə elə o insanları ardınca aparmağı bacarırdı. Çünki o, orator kimi yetişmiş bir imam idi. Yəqin ki, son dövrlərdə şiə imamlarının içində yetişmiş yaxşı moizə oxuyan biri idi. Məscidlərdə, Məhərrəmlik ayında da gördük ki, insanlar həqiqətən hələ cəhalətdən çıxmayıblar. İnsanların nəyəsə, hansısa ideologiyaya, yol göstərənə ehtiyacları var.



Bu ehtiyacı ödəməyəndə onlara kimsə o yolu göstərirsə, bu, Şahin, Surxay, yaxud digərləri olsa da, insanlar onun ardınca gedəcəklər. Çünki insanlarda kiminsə ardınca getmək, öz məsuliyyətini kiminsə üzərinə yıxmaq xasiyyəti var. Bəzən kiməsə deyirlər ki, sən tam azadsan. O adam özünü itirir ki, tam azad olanda necə olacağam, mənə kim yol göstərəcək. Oxumaq, özlərinə yol tapmaq əvəzinə, təskinlik alırdılar ki, öz dini ehtiyaclarını Şahin Həsənliyə deməklə ödəyirdilər. Şahin Həsənlinin də onları öyrətmək qabiliyyəti var idi. Dediklərini çox səmimi deyirdi və insanlar da inanırdılar. Ola bilsin ki, dediklərinin içində təbliğat xarakteri də var idi, insanların fikirlərini aşılamaq qabiliyyəti də. Bunu danmaq olmaz. Çünki imamlar bu qədər hörmət qazanmamışdılar…”

44gun.az
xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

R.Əliyev bildirib ki, Hacı Şahin Həsənlinin vida mərasimində kişilərin o qədər ağlamaları düzgün deyil: “Çünki bu, kişiyə yaraşmayan işdir. Şahin də insandır. Allahın yaratdığı insanlardan biridir, müqəddəs, ölümsüz deyil. Nə vaxtsa dünyasını dəyişməli idi. Ürəktutmasından vəfat edibsə, deməli, bu, hansısa stressin səbəbidir. Bunu car çəkmək, sosial şəbəkələri doldurmaq düzgün deyil. İnsan öz yarandığı yerə qayıtmalıdır. Bu, adi bir şeydir. Bugünkü vəziyyətimizdə, çox təəssüf ki, insanları ələ almaq imkanı var. Bu da ideyasızlığın, ideologiyasızlığın nəticəsidir. Azərbaycançılıq ideyasını insanlara Şahin Həsənli kimi çatdıranlar yoxdur. Şahin insanların nəbzini tutmuşdu. Barmağını onların nəbzinin üstündə saxlayırdı. İnsanlar da bundan enerji alırdılar, rahatlanırdılar. Buna görə də dəfninə xeyli insan gəlib. Kişi ümumiyyətlə ağlamaz. Bir çoxları zəifliyindən ağlayırdı. Sinələrinə çırpırdılar.

Bunların hamısı müəyyən mənada cahillikdən irəli gəlir. İnsan ölümünü normal qəbul etmək lazımdır. Hansı yaşda olur-olsun, insanın ölümü Allahın əlindədir. Əgər Allah insanı bu yaşda götürübsə, deməli, onu belə proqramlaşdırıb. Bu qədər haray salmaq Allahın dediklərinə, qoyduğu qayda-qanunlara, verdiyi hökmlərə üsyan etməkdir. Bunu da qəbul etmirəm. Eyni zamanda insanları başa düşürəm. Onlar itirdilər, itirdiklərini, yəqin ki, tapmayacaqlar. Çünki Şahin Həsənli kimi ikinci bir şəxs gəlməyəcək. Amma bənzərsiz, əvəzolunmaz şəxsiyyətlər yoxdur. Bu, həm siyasi, həm mədəni şəxsiyyətlərə aiddir.

Şahin Həsənli parlaq gəldi, parlaq da getdi. Əvəzində, yəqin, digərləri ortaya çıxacaq, özünü ona oxşatmağa çalışacaqlar. Yeri boş qalmır, yer varsa, o yeri tutan da olacaq. Allah Şahinə rəhmət eləsin. Cavan getdi. Onun getməsi Yaradan tərəfindən əvvəlcədən planlaşdırılmışdı. Ona görə bu qədər böyük həyəcan keçirməyə ehtiyac yoxdur. Təəssüflənmək, ailəsinə səbir diləmək, kömək etmək, onların yanında olmaq olar. Onu qaytarmağa imkanımız yoxdur. Buna heç kim qadir deyil. Qadir Allah özü öz işini görür. Buna görə də Allahın etdiklərinə üsyan etməli deyilik, itaət, şükr etməliyik. Belə olmalı idi, oldu”.|pravda.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)