DİN-dən vətəndaşlara kart məlumatları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO




      Bölmə: Sosial Tarix: 02.03.2023 / 20:38

Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin vətəndaşlara zəng edərək müxtəlif uydurma səbəblər gətirməklə onlara aid bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Bu istiqamətdə sosial şəbəkələrdə video və fotofaktlar paylaşılır. İddia edilir ki, bir qrup şəxs insanlara bu formada zəng edərək onların məlumatsızlığından istifadə edir. Bəzi vətəndaşlar ayıq-sayıq davranaraq məsələni ictimailəşdiriblər.

Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb, bu davranışlara yol verən şəxslər barəsində qanunla hansı addımların atılacağını öyrəndik.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev 44GÜN.AZ-ın sorğusuna cavab olaraq bildirib ki, bu şəxslər, adətən, vətəndaşların etibarından sui-istifadə etməklə onlara aid bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar:

“Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat-texniki, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə tənzim olunur.

Bir daha vətəndaşları diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in “102 - Xidməti Zəng Mərkəzi”, həmçinin sosial şəbəkələrdə “polis-Azərbaycan” rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik”. /oxu,az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)