“Hacı müalicədən imtina edərək iltizamnaməyə qol çəkib”




      Bölmə: Xəbər Tarix: 02.03.2023 / 17:12

"İlahiyyatçı Hacı Şahin Həsənli bir gün əvvəl "Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub. Ona xəstəxanada yatmaq tövsiyə olunub. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib”.

Bunu Teleqraf.com-a "Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, Tibb elmlər namizədi Üzeyir Rəhimov deyib.

Professorun sözlərinə görə, Hacı Şahini xəstəxanada növbətçi həkim qəbul edib: "Xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanmağı tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Ağrısı keçdiyi üçün yəqin ki, sabah-bir gün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib”.

Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: "Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinir. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.

Azərbaycanda belə hallar çox olur. Troponi yüksək olub, nə qədər etsək də xəstəxanada yatmaqdan imtina edən o qədər insanlar var ki…”

Professor Hacı Şahin Həsənlini şəxsən tanımadığını deyib: "Onu heç vaxt müayinə etməmişəm. Bildiyim qədəri ilə heç ürək həkimində də olmayıb.

Onun ürəyinə stent qoyulduğu deyilir. Amma bu əsassızdır. Anju olunmayan xəstəyə stent qoyula bilməz. O, ümumiyyətlə, anju da olunmayıb. Heç vaxt ürəyindən şikayətlənməyib, bu, ilk əlamətlər olub”.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

Hacı Şahin "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.








SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)