Aşqin Yenisey: "Hacı Şahin adımı telefonda eşidən kimi cavab verdi ki, hardasınız?"




      Bölmə: Xəbər Tarix: 02.03.2023 / 13:08

Tanınmış şair Aqşin Yenisey ötən gecə dünyasını dəyişmiş ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı maraqlı xatirəsini bölüşüb.

44GÜN.AZ xəbər verir ki, o, hadisənin bir neçə il öncə yaşandığını qeyd edib. Gözlənilməz problemlə üzləşdiyini deyən Aqşin Yenisey onun köməyinə Hacı Şahinin çatdığını bildirib:


"Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır. Kim inancını, imanını tənqid edən adama kömək edər? Həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama? Yanımda ona zəng etdi. Hacı Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi ki, hardasınız?  On beş dəqiqədən sonra tanımadığımız bir adam öz avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla bizə təqdim etdi və "yenə nəsə lazım olsa, xəbər edin" deyib çıxıb getdi”.

A.Yenisey ilahiyyatıçını "gizli dostu” adlandırıb:

"O vaxt Hacı Şahini ən azı, çevrəsinin qınağı ilə üz-üzə qoymamaq üçün bu əhvalatı yazmadım, heç kimə də danışmadım. Düşünürdüm ki, nə vaxtsa kitablarımda Tolstoyun "Sergi atası" kimi müsbət bir din xadimi obrazı yaratmaq istəsəm, bu adam Hacı Şahin olacaq. Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar. Səni unutmayacağam, əziz və gizli dostum!”.
/Qaynarinfo/





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)