Həbsdə olan general müavini ilə əlbəyaxa olub? |
Bölmə: Hadisə |
Tarix: 10.01.2023 / 11:57 |
Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müavini, MTN polkovniki Yasin Məmmədovla dava etməsinə, bir-birlərinə xəsarət yetirmələrinə dair iddialar yayılıb. 44GÜN.AZ xəbər verir ki, iddialarda onların məhkəməyə gətirilən zaman dalaşdığı qeyd olunub. Onların dünən keçirilməli olan məhkəmə prosesi yollardakı vəziyyətlə əlaqədar təxirə salınıb. Bildirilib ki, Bakı İstintaq Təcridxanasından müttəhimlərin məhkəməyə gətirilməsi mümkün olmayıb. Zərərçəkənlər isə sabiq MTN-çilərin məhkəməyə gətirildiyini, lakin etap maşınında dalaşdıqları üçün prosesin təxirə salındığını iddia ediblər. İddialara görə, onlar əlbəyaxa olub, bir-birilərinin sifət nahiyələrinə xəsarət yetiriblər. Sifətlərində xəsarət izləri qaldığı üçün məhkəməyə çıxarılmayıblar. İddialarla bağlı Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovla əlaqə saxladıq. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, iddialar tamamilə yalandır. O, müttəhimlərin ümumiyyətlə təcridxanadan çıxarılmadığını qeyd edib: “Bu, Mövlam Şıxəliyev haqqında növbəti yalan məlumatdır. Belə bir hadisə yaşanmayıb. Onlar dünən, ümumiyyətlə, təcridxanadan çıxmayıblar. Mövlam Şıxəliyev və Yasin Məmmədov günahsız olduqlarını sübuta yetirmək üçün aydın və vahid müdafiələrini qurublar. Onlara qarşı edilən haqsızlıqla hüquqi müstəvidə mübarizə aparırlar”. Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il, Y.Məmmədov 10 il 6 ay, V.Ələkbərov 12 il 6 ay, S.Ələkbərov 8 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan MTN-çilər apellyasiya şikayəti veriblər.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|