Kafedra müdirini təhqir edən baş müəllimin cəzası AÇIQLANDI




      Bölmə: Xəbər Tarix: 28.02.2023 / 14:22

Gəncə Şəhər Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi, 1969-cu il təvəllüdlü Təvəkkül Sadıqov barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.


44GÜN.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin "Yerin quruluşu" kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlar edərək onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Aqrar elmləri üzrə fəlsəfə doktoru olan Azər Xəlilov T.Sadıqovun Cinayət Məcəlləsinin tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.


Məhkəmədə baş müəllimin kafedra müdiri haqqında yazdığı statuslar və şərhlər elan edilib. Məlum olub ki, T.Sadıqov kafedra müdirinin siyasi mənsubiyyəti, fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yazıb, onun "5-ci kolon"a xidmət etdiyini iddia edib.


T.Sadıqov ifadəsində kafedra müdiri barəsində yazdıqları fikirləri etiraf edib və onu təhqir etmək fikrində olmadığını deyib. O, kafedra müdirinin dərs saatlarını düzgün bölüşdürmədiyini və ona qarşı qərəzli münasibət bəslədiyini deyib.


Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə keçirilən prosesin yekununda T.Sadıqov Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək ona 1500 manat cərimə kəsilib. Baş müəllimə 147.2-ci (Böhtan) maddəsi üzrə isə bəraət verilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)