Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu çox zəruri və əhəmiyyətli məsələdir.
44GÜN.AZ xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.
O qeyd edib ki, qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq.
“Artıq təyinatımdan iki ay keçib, bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruktur, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstusional səviyyədə problemləri gördükcə kifayət qədər bu sahədə çoxlu qüsurların mövcud olduğunu şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var", - deyə nazir əvəzi bildirib. /trend/