Aparıcı Azər Zahidin TikTok-da yayımlanan “Təkərdə” şousu ilə bağlı yeni detallar üzə çıxıb.
44gun.az xəbər verir ki, bu barədə Tarix Əliyevin yutub layihəsi “Tarix Əliyev ilə səmimi”yə yarışın qalibi Semka ləqəbi ilə tanınan Samir Ramazanov danışıb.
O bildirib ki, qazandığı avtomobil hələ də rəsmi şəkildə onun deyil:
“Maşın hələ mənim adıma keçməyib. Dedilər ki, sənəd veririk, 3 ay maşını satmaq olmaz. Maşın hazırda məndədir. Azər bildirdi ki, birinci yarışa görə hamı deyir ki, niyə sürmürlər və sairə. Yəni satırsansa, elə pulunu versinlər. Bilmirəm, birinci maşın verilib, ya yox. Pis maşın deyil. Azərin heç xəbəri yoxdur. Maşını verən şirkətə getdim. Onlarda da nəsə sistem problemi var, adıma keçirə bilmirlər. Bu gün dayımı göndərmişəm ki, gedib baxsın, bilmirəm, nədir. Azər deyə bilməz ki, maşın adına keçib, çünki onun da xəbəri yoxdur”.