Yoldaşım vəzifəsindən istifadə edib uşaqları əlimdən alıb - Məmur xanımından şok sözlər




      Bölmə: Xəbər Tarix: 27.02.2023 / 20:52

Həyat yoldaşı tərəfindən evdən qovulan və uşaqları ilə görüşə imkan verilməyən qadın kömək istəyib.

Könül Ocaqova bildirib ki, həyat yoldaşı vəzifəli şəxs olmasından istifadə edərək onu evdən çıxardıqdan sonra,övladları ilə görüşə də imkan vermir.

“Mən 16 yaşımda olarkən atamın əmisi oğlu,özümdən 11 yaş böyük  Polad Ocaqoğla ailə həyatı qurdum. Həmin vaxt yaşım nikaha düşmürdü. 13 il həyat yoldaşımla ailəli olduq,hazırda iki övladımız var. Qayınatam və qayınanam öldükdən sonra yoldaşım başqa qadınla mənə xəyanət etdi. Ondan sonra məni zorla evdən çıxardı.Evdən çıxan zaman əşyalarım,toyda mənə verilən qızıllar,geyimlərim hamısı evdə qaldı.Qayıdanda gördüm ki,yoldaşım evin açarını da dəyişib.O,gündən sonra övladlarımdan da ayrı düşdüm.”


Könül Ocaqova bildirib ki, hazırda onların işi məhkəmədədir.Xanım iddia edir ki, həyat yoldaşı işlədiyi vəzifədən istifadə edərək məhkəmənin çıxardığı qərarı yerinə yetirməkdən imtina edir.

“Həyat yoldaşım Polad Ocaqov Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin sədridir. O,vəzifəsindən,əlaqələrindən istifadə edərək məhkəmənin uşaqlarla görüş üçün icazə qərarının yerinə yetirilməsinə mane olur. Heç bir hüquqi əsas olmadan uşaqlarla mənim görüşümə imkan vermir.Bu işdə 3 icraçı dəyişib. Bu günə qədər uşaqları görə bilməmişəm.”

Könül Ocaqova bildirib ki, uşaqlarına ciddi təyziqlər var.Məqsəd isə məhkəməyə qədər uşaqları anaya qarşı hazırlamaqdır.

“Övladlarım mənə qarşı öyrədilir.Onlara yalandan deyilir ki, ananız sizi atıb gedib.İstəyirlər ki, məhkəmədə bu yolla uşaqları məndən alsınlar.Uşaqlarımla görüşə də imkan vermirlər ki,onlara həqiqəti deyə bilim”.


(Hüquqşünas Ellada Bayramova)

Könül Ocaqovanın hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Ellada Bayramova bildirib ki,Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar cavabdeh şəxs tərəfindən icra edilmir.


(Polad Ocaqov)

Oxu24.com iddialarla bağlı Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin sədri Polad Ocaqovla əlaqə saxlayıb.

O,səsləndirilən ittihamları əsassız adlandırıb.

“Mənim həyat yoldaşımla işim hazırda məhkəmədədir.Biz boşanma ərəfəsindəyik.Onlar məndən bir neçə otaqlı ev tələb edirdilər. Onların davası ev üstündədir.” |oxu24.com|







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)