Bu gün Bakının mərkəzində yanğın olub.
44gun.az xəbər verir ki, hadisə Qız qalasının yaxınlığında baş verib.
Yük maşını öz tullantılarını daşıyarkən onlar yanmağa başlayıb. Sürücü özünün və maşınının yanmaması üçün alışan tullantıları yola atıb.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.
***
“Qafqazinfo”nun sorğusuna cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, yük maşını şəxsi olub və həmin maşının sürücüsü idarənin əməkdaşı deyil:
"O, tullantıları şəxsi məqsədləri üçün daşıyırmış. Maşında qəfildən yanma olduğuna görə qorxusundan yanan tullantıları Qız qalasının qarşısına atmalı olub. Dərhal əraziyə FHN-nin Səbail Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları gələrək yanğını söndürüblər".
Məlumatda həmin şəxs barəsində inzibati cəza tədbirlərinin görüldüyü bildirilib.



