"Evdə yorğana bürünüb oturmaq da işə yaramır" - İmişli sakini |
Bölmə: Sosial |
Tarix: 26.02.2023 / 21:21 |
“Ötən ilin dekabrında evimə qaz xətti çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin İmişli Rayon İdarəsinə müraciət etdim. İdarədən məni onların müqavilə bağladığı podratçı şirkətə yönəltdilər. Xəttin çəkilişi üçün 240 manat vəsait köçürtdüm. Qaz xəttinin çəkilməsinə təxminən 350 manat xərcləmişəm”. 44gun.az xəbər verir ki, bunu Meydan TV-yə İmişli rayonu Oruclu kənd sakini Kazım Hüseynli bildirib. Hüseynlinin sözlərinə görə, qaz xətti çəkilsə də, sayğac quraşdırılmayıb. Buna görə də, qazdan istifadə edə bilmir: “İki övlad böyüdürəm. Soyuq qış aylarında istiliksiz qalmışıq. Sözün həqiqi mənasında donuruq. Evdə yorğana bürünüb oturmaq da işə yaramır. Dəfələrlə müraciət etsəm də, baxan yoxdur. Nə vaxt sayğac quraşdırılacağını söyləmirlər”. Kənd sakini deyib ki, çətinliklə böyüyən uşaqları vətənə borcunu ödəmək üçün hərbi xidmətə aparacaqlar. İndi isə uşaqların hansı şəraitdə böyüdüyü ilə maraqlanan yoxdur. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev isə Meydan TV-yə deyib ki, qaz xəttinin çəkilməsi ilə podratçılar məşğul olur: “Qaz xəttinin çəkilməsi üçün “Azəriqaz”a bir qəpik də olsa pul ödənilmir. İstehsalat Birliyi satdığı qazın ödənişindən başqa heç bir xidməti pulla yerinə yetirmir, bütün xidmətlər ödənişsizdir”.“Şikayətçi yəqin ki, podratçı şirkətlə danışıb və vəsaiti də onların hesabına ödəyib. “Azəriqaz” sayğacı da sonda ödənişsiz verir. Şikayətçi İstehsalat Birliyi ilə əlaqə saxlasın və şikayəti araşdıraq”, – Eldəniz Vəliyev deyib. Mətbuat sözçüsü bir daha məlumat verib: “Vətəndaşlar bilsinlər ki, “Azəriqaz” vətəndaşlara pulsuz xidmət edir. Vətəndaş yalnız istehlak etdiyi qazın pulunu ödəyir. Qaz xəttinin çəkilməsi ilə lisenziya almış podratçı şirkətlər məşğul olur. “Azəriqaz” bu işlərlə məşğul olmur. Vətəndaşın müraciəti “Azəriqaz”ın işi ilə əlaqədar olarsa, yerinə yetiriləcək. “Azəriqaz” sayğacları vətəndaşa təmənnasız verir”.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|