“Azərsu” ASC tenderin qalibi olan "HİDSAB" MMC ilə diyircəkli yastıqların satın alınması üçün 435 min 719 manat məbləğində müqavilə bağlayıb. “Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasov onlarla konvert əsasında işləyir
İMRAN ABBASOV KİMDİR?
Məlumat üçün bildirək ki, İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun doğma qardaşıdır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra “Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri vəzifəsinə təyin olunub.
44gun.az xəbər verir ki, ”Hidsab” MMC şirkətinin ”Azərsu” ilə bağladığı müqaviləyə əsasən, bu şirkət Yaponiya istehsalı olan diyircəkli yastıq və digər ehtiyat hissələrinin yerinə Çin istehsalı olan mallar gətirir. Bir çoxlarına məlumdur ki, Çində istədiyiniz loqo və qablaşdırma ilə mallar sifariş edərək onu öz istehsalınız olaraq ikinci ölkədə sata bilərsiniz. "Hidsab" MMC məhz bu üsulla ölkənin bir çox rəsmi qurumlarına çin malını satış edə bilir.
Mallar yararsız olsa da, İmran Abbasov onları anbara qəbul edir. Çünki şirkət nümayəndəsi hər ayın sonuna yaxın idarəyə gələrək, ona xüsusi konvert verir. Bu konvertlər ona təqdim olunmasa, o şirkətlərin gətirdikləri mallar hərəsi bir bəhanə ilə anbara qəbul olunmur.

"Azərsu"da mühüm vəzifələrdə çalışan bir neçə nəfər idarəyə mal gəldiyi zaman gedib malın keyfiyyətinə qərar verir ki, təyinata uyğun gəlmir, min bir bəhanə gətirir. Mal gətirən müəssisələr də bunların oyunundan bezərək, onların dediyini qəbul edib, hər ay konvertlərini verirlər.
Sonda onuda qeyd edək ki, idarəsinə gələn malların çoxusunu öz şəxsi ev işləri üçün sərf edir. Yəqin ki, onun idarəsində heç vaxtı yoxlama olmur. ”Azərsu”yun rəhbərliyinin görəsən bundan xəbəri var, ya yox?


