Ukrayna lideri Zelenskidən ŞOK BƏYANAT - Putinlə...




      Bölmə: Dünya Tarix: 26.02.2023 / 10:58

"Artıq Putinlə bir masa arxasında oturmaram"

Rusiyanın Ukraynaya hücumunun birinci ildönümündə Vladimir Putinin ünvanına sərt ifadələr işlədən Ukrayna prezidenti Vladimir Zelenski onunla heç bir görüşü qəbul etməyəcəyini bəyan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü hər iki ölkənin liderləri ilə telefon danışığı aparıb.

44GÜN.AZ xəbər verir ki, Ukrayna lideri Kiyevdə mətbuata açıqlamasında Türkiyənin yeni təşəbbüslə ortaya çıxıb-çıxmadığı barədə sualı belə cavablandırıb:

“Türkiyə prezidenti cənab Ərdoğan ölkəmiz üçün bir sıra mühüm işlərə imza atıb. Birincisi, taxıl dəhlizi sazişinə böyük töhfələr verib. Onun ikinci yardımı o oldu ki, ruslar bizim Mariupol şəhərimizi tutanda oradakı dəmir-polad zavodunda girov götürülən əsgərlərimizin dəyişdirilməsi prosesini başlatdı. Rusiya ilə görüşə gəlincə, Türkiyə prezidenti mənim bu məsələ ilə bağlı fikirlərimi bilir. O, çox yaxşı bilir ki, mən Putinlə görüşə razılıq verməmişəm. Təxminən bir il əvvəl, müharibənin başlamasına bir neçə gün qalmış mən ondan və digər dünya liderlərindən xahiş etdim ki, böyük və dağıdıcı müharibə başlamazdan əvvəl Putini danışıqlar masasına oturmağa razı salsınlar. Bir il əvvəl heç kim Putini mənimlə görüşməyə razı sala bilmədi. İndi onun danışıqlar masasına oturması ehtimalı var. Amma artıq mümkün deyil. İndiki məqamda Rusiyanın başında duran o adamı həmsöhbət kimi görmürəm. İstanbulda mümkün liderlərin görüşü təşkil edilsə və məni dəvət etsələr belə, gedib o masaya oturmazdım”.

Xatırladaq ki, liderlər səviyyəsində olmasa belə, Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son təmas 29 mart 2022-ci ildə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Tərəflər arasında keçirilən görüşdən sonra Moskva ilə Kiyev arasında əlaqələr kəsilib. Bəzi böhranların mesbət istiqamətdə həllində fəal rol oynayan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan müharibənin birinci ilindən (24.02.2022 - 24.02.2023) bir gün əvvəl Ukrayna və Rusiya liderləri ilə telefon danışığı aparıb. /musavat.com/







SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq