Tanınmış meyxanaçı məzarını qazdırdı: “Maştağadadır, arada gedib baxıram…”




      Bölmə: Sosial Tarix: 25.02.2023 / 19:32

Meyxanaçı Ağamirzə Məmmədov məzarını qazdırıb.

44gun.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur” proqramında aparıcı Zaur Kamalın sənətlə bağlı suallarını cavablayarkən danışıb.

İzləyicilər meyxanaçının açıqlamasını birmənalı qarşılamayıblar. Onun xəstə olması barədə fikirlər səsləndiriblər.

Oxu.Az-a danışan tanınmış meyxanaçı Ağamirzə Məmmədov səsləndirdiyi fikrə aydınlıq gətirib:

“Heç bir xəstəliyim yoxdur. Əksinə, hər şey yaxşıdır. Bir dəfə dostumun atası dünyasını dəyişdi. Hava çox soyuq idi. Qar yağırdı. Gördüm dostum atasının məzarını qazdırmaq üçün çox əziyyət çəkdi. Mən də bunları nəzərə aldım. Sabah bilinmir nə olacaq. Ola bilər sabah öldüm. Hər beli yerə vuranda deməsinlər ki, bu da vaxt tapdı ölməyə. Ona görə məzarımı qazdırmışam. O məzar mənim üçün dərsdir”.

Meyxanaçı bildirib ki, məzarı Maştağada, atasının məzarı yanında yerləşir, 4 il əvvəl qazdırıb:


“Orada babam, atam, əmilərimin məzarları var. Bir mən yoxam. Məsləhət Allahındır, mən olmaram, başqasını, qardaşımı, qohumlarımı basdırarlar. Hər dəfə gedib məzarıma baxıram deyirəm ki, ay Ağamirzə, çaşma. Yadında saxla. Camaatla acı danışma, addımlarını iri atma, təkəbbürlü gəzmə. Ola bilər təyyarədə partlayış olsun, heç meyitim tapılmasın. Ola bilər suda boğulum. Bəzi insanlar elə bilirlər ki, ölməyəcəklər. Mən hər gün yatanda fikirləşirəm ki, ola bilər sonuncu yuxum olsun, ayılmayım. Səhər duranda əllərimi açıram, deyirəm ki, şükür, bu gecəni də sağ-salamat yatdıq”.

Müsahib bildirib ki, məzarını qazdıranda qohumları ona “bədniyabət” deyiblər:

“Mənə dedilər ki, qara ağzını açma. Ölüm hamımız üçün var. Hesab edirəm ki, qəbahət iş görmürəm. Gördüm boş yer var, məzar qazdırdım. Ölüm mənim üçün səadətdir. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür. Yoxsa nə edirsən et, xoşbəxt olmayacaqsan. Təki, Allah bizi bağışlasın”.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)