Bakıda dəhşət: Oğul gecə oteldən gələn anasını qanına boyadı - TƏFƏRRÜAT




      Bölmə: Hadisə Tarix: 24.02.2023 / 23:58

Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində anası Mətanəti (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

44gun.az teleqraf.com-a istinadən bildirir ki, hadisə 17 oktyabr 2021-ci ildə baş verub.

Vüsal anasının evə gec gəldiyini və müxtəlif kişilərlə görüşdüyünü ona irad bildirib, bu zaman onların arasında münaqişə yaranıb.

Vüsal yaşadıqları mənzildə Mətanəti yumruq və təpiklə vurub. Mətanət oğlunun hərəkətlərindən yayınaraq pilləkənlərə tərəf gedib. Vüsal otaqda olan masanın üstündən bıçağı götürüb və anasının arxasınca gedib. O, yaşadıqları evin həyətində anasına çoxsaylı zərbələr yetirib.

Çoxsaylı xəsarətlər alan Mətanət hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, anası Mətanətlə eyni ünvanda yaşayıb: "Anam aşpaz işləyib. Hər gün saat 09.00-da işə gedib, axşam saat 23 radələrində evə qayıdıb. Hadisədən 2-3 ay əvvəl anam gecə 03-04 radələrində evə gəlirdi. Bu barədə onunla dəfələrlə aramızda mübahisəmiz oldu. Anamdan evə gec gəlməsinin səbəbini soruşdum. Anam işdə olduğunu, mənə hesabat verməli olmadığını dedi. Anamın kiminləsə görüşdüyünü fikirləşdim. Özündən soruşdum, heç kimlə görüşmədiyini dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 16-da saat 13 radələrində evdən çıxıb işə gedib:

"Anam xəstə olduğuna görə işə getmədi, evdə qaldı. Mən saat 22 radələrində evə qayıtdım. Anam evdə yox idi. Yorğun olduğumdan anamın qonşuda və ya məhəllədə ola biləcəyini düşünüb yatdım. Gecə saat 04.40-da yuxudan oyandıqda anamın hələ də evə qayıtmadığını gördüm. Oturaraq onu gözlədim. Saat 05.10-da anam gəldi. Ondan harada olduğunu soruşdum. Bacısı Vüsalənin oğlu Vüqarın xəstəxanada olduğuğunu, onun yanına getdiyini dedi.

Anamın bu sözünə inanmadım və telefonla xalam Vüsaləyə zəng etdim. Vüsalə özünün xəstəxanada Vüqarın yanında olduğunu, anamınsa gecə xəstəxanaya gəlmədiyini dedi".

Vüsal deyib ki, anasına əsəbləşib, onu əlləri və ayaqları ilə vurmağa başlayıb: "Anam qapıdan koridora çıxaraq pilləkənlərə tərəf getdi. Mən evə qayıtdım. Yemək stolunun üzərində olan çörək doğradığım bıçağı götürdüm, şalvarımın belinə taxdım və anamın arxasınca getdim.

Anam həyətinə çıxıb qaçmaq istədi. Ondan yenə harada olduğunu soruşdum. Xəstəxanada olduğunu deyəndə daha da qəzəblənidim və üzərimdə olan bıçağı çıxararaq ona ardıcıl çoxsaylı zərbələr endirdim. Mənim səsimə qonşumuz Bəhruz gəldi. "Eləmə" dediyi üçün əl saxladım. Qaydaraq evə getdim. Əlimin qanını yuydum, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, anamı bıçaqladığımı, ölüb-ölmədiyini bilmədiyimi dedim. Sonra hadisə yerinə polis əməkdaşları gəldilər".

Vüsal deyib ki, anasını öldürmək niyyəti olmayıb, onu qorxutmaq üçün bıçaqla vurub.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə, 1990-cı ildə Laçın rayonunda qeyri-rəsmi olaraq Əli ilə ailə həyatı qurub: "Bu evlilikdən oğlum Vüsal doğuldu. Əli ilə 1-2 ay evli olduqdan sonra ayrılmışıq. 1992-ci ildən məcburi köçkün kimi Laçın rayonundan çıxaraq bir müddət Sumqayıt şəhərində, 2006-cı ildən isə Bakıya gələrək Nərimanov rayonumda yataqxanada oğlumla yaşamağa başladıq.

Yaşadığım məhəllədə yerləşən kafedə aşpaz işləmişəm. Hər gün səhər saat 9 radələrində işə getmişəm, axşam 23 radələrində evə qayıtmışam. Oğlumla əvvəllər münasibətimiz yaxşı olub".

Zərərçəkmiş deyib ki, hadisə olmamışdan 2 ay əvvəl Elmir adlı şəxslə münasibəti yaranıb: "Evə gec gəldiyim vaxtlar Vüsal əsəbiləşərək mənimlə mübahisə edirdi. Oktyabrın 16-da evdə olmuşam. Vüsal isə saat 13 radələrində işə gedib. Axşam saat 20 radələrində Elmirlə görüşdük, adını xatırlamadığım otelə getdik. Orada yemək yeyib, söhbət etdik. Qarşılıqlı razılıqla cinsi münasibətdə olduq.

Saat 5 radələrində evə gəldiyim zaman Vüsalın oyaq olduğunu gördüm. Əsəbi halda harada olduğumu soruşdü. Qorxduğum üçün bacım oğlu Vüqarın xəstələndiyini, onun yanına getdiyimi dedim. Vüsal bacım Vüsaləyə zəng etdi. Məsələni biləndə daha da əsəbiləşdi. Məni əlləri və ayaqları ilə vurdu. Qapını açaraq koridora çıxdım. Vüsala "sakit ol" dedim, pilləkənə tərəf getdim".

Zərərçəkmiş bildirib ki, Vüsalın arxasınca gəldiyini görəndə pilləkənlə aşağı düşüb: "O mənə çatdı, əli və ayığı ilə məni vurdu, harada olduğumu soruşdu. Xəstəxanada olduğumu deyəndə əsəbləşdi. Bıçaq çıxararaq mənə ardıcıl çoxsaylı zərbələr endirdi. Qonşumuz Bəhruz gəldi, VüsaI məndən araladı, Təcili tibbi yardıma zəng etdi. Məni 3 saylı şəhər kliniki xəstəxanasına apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Vüsal 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)