“Xalqa internetlə ağıl öyrədir, baş oğrulardan biridir”




      Bölmə: Gündəm Tarix: 24.02.2023 / 21:55

“18-ci əsrdə Avropanın bütün oğruları, baş kəsənləri, at oğrusu, dana oğrusu Amerikaya köçdülər. Amerika yenə də o ənənəsinə sadiqdir”.

Fikirləri Milli Məclisin iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, indiki dövrdə də ayrı-ayrı ölkələrdə oğurluq edənlər, rüşvət alan, korrupsiya ilə məşğul olanlar digər adlar altında özlərinə orada sığınacaq alırlar: “Hansı ki, bizim alimlər, ziyalılar, həkimlər sutkalarla ABŞ səfirliyi qarşısında viza almağı gözləyirlər.  Səfir 30 nəfərə viza verib, 300-nün də pulunu götürüb viza vermir”.

S.Novruzov deyib ki, Azərbaycanda oğurluqla məşğul olan, xalqın sərvətini talayan “Akkord” şirkətinin keçmiş rəhbəri Amerikadadır: “O adama Cinayət Məcəlləsinin 15 maddəsini gözüyumulu tədbiq etmək olar. Azərbaycan xalqına internet vasitəsilə dərs verib, ağıl öyrədir. Azərbaycanda tikilən binaların heç birinin 8 ballıq zəlzələyə tab gətirməyəcəyini deyir. Halbuki özü də bina tikən olub. Baş oğrulardan biridir. Onu Amerikadan gətirmək böyük problemdir?! Amerikada ən ağır cinayət məhz vergidən yayınmaqdır. Bu adam da dövlət vəsaitini mənimsəyib”.

Qeyd edək ki, bir müddət əvvəl "Akkord"un keçmiş rəhbəri İlqar Hacıyevin ABŞ-yə köçməsi və orada xristianlığı qəbul etməsi ilə bağlı məlumatlar yayılıb. İ. Hacıyev 2005-2009-cu illərdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub, bir müddət Moskvada yaşadıqdan sonra Amerikaya köçüb. |qafqazinfo.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)