Xalq artistinin gileyi: "Ya ona verən Allah, ya mənə verən!”




      Bölmə: Mədəniyyət Tarix: 24.02.2023 / 11:19

Xalq artisti Flora Kərimova həkim Sevinc Heydərovanı məhkəməyə verməsinin səbəbini açıqlayıb.

44GÜN.AZ Teleqraf-a istinadla xəbər verir ki, Xalq artisti deyib:

“Mən Sevinc Heydərovanın Tibb Universitetinin hansı fakültəsini bitirdiyini bilmirəm. Gərək öyrənim. Hər şeyə əl atır, təki kəssin-doğrasın. Gözü də doymur. Belə olmamalıdır. Ona olan iradım Tibb Universitetində aldığım savaddır. İxtisasca ginekoloqam. Cərrahi əməliyyatlar etmişəm. Bilirəm ki, bu iş nə qədər məsuliyyətlidir.

Bəlli olmayan sertifikatları yığmaqla deyil. Ona dedim ki, siz bunu bacarmırsınız, niyə gözümü bu günə saldınız... Əslində, bu əməliyyat lazım deyildi, ehtiyac da yox idi. Onu da deyim ki, həkimlərin 18-20 min pulunu alıb, onları təbliğ edəndə düşünmək lazımdır ki, təbliğ etdiyin həkim buna layiqdirmi?!

Təbliğ edənlərə camaat aldanır, onun yanına gedir və sonra da bədbəxt olur. Gözlərim yenidən korreksiya olunmalıdır. Verilişlərdə Sevinc Heydərovanı həkim kimi o qədər təriflədilər ki, getdim.

Cəmiyyətdə az-çox tanınan insanlardan reklam kimi istifadə edirlər. Hər müraciətimdə ödəniş etmək imkanımı nəzərə çatdırıram. Mənə olan hörmət sizin peşəkarlığınızdır. Hökümətin himayəsindəyəm, oğlumun daima nəzərindəyəm. Məndən ödənişi qəbul edin. Siz sənətkarsınız deyib ödəniş ummurlar, bəzi hallarda götürmürlər də.

Sevinc xanım bilirdi ki, ödəniş etmək imkanım var. Mən həmişə ödənişi alması üçün təkid edirdim, o isə hər dəfə “yox” deyirdi. Sizin mahnılarınızla böyümüşük, Vətənə xidmətiniz böyükdür. Biz sizə borcluyuq. Nəticədə bu alındı.

Əməliyyatdan sonra Sevinc Heydərova ilə əlaqə saxladım və nəticəsini ona göstərdim. O isə hansısa məbləğlə işini ört-basdır etmək istədi.

Neçə növ əməliyyatla məşğul olur, indi də xətrinə rinoplastika (burun əməliyyatı) əməliyyatı düşüb. Bir xanıma dizinin müalicəsi üçün iynə vurub, 3500 manata vurulan iynənin effekti olmayıb. Uğursuz müalicədən sonra pasient ondan pulu tələb edəndə pulu qaytarmır və deyir, hara gedirsən get, heç kimdən qorxmuram.

O xanım da eləmə tənbəllik, bunu sosial şəbəkədə yayır. Qızım, şəkilləri sizə göndərirəm, görün, gözlərim, nə haldadır. Hər sözümün sübutu var. Hirslənirəm, danışa bilmirəm. Məhkəməyə vermişəm. O kimlərəsə güvənir, mənim isə güvəndiyim yer qanundur. Ya ona verən Allah, ya mənə verən!”






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)