"Cənab nazir Vilayət Eyvazovun bu diqqəti vəkilliyə göstərdiyi yüksək hörmətin təzahürüdür"




      Bölmə: Gündəm Tarix: 09.01.2023 / 22:01

"Bir müddət bundan öncə ofisimizdə oğurluq hadisəsi baş vermişdi və mən də daxil olmaqla 5 hüquqşünas əməkdaşımızın noutbukları oğurlanmışdı. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verdim, həmçinin Vəkillər Kollegiyasını da məsələdən xəbərdar etdim. Bundan sonra isə hörmətli sədrimiz cənab Anar Bağırov müraciətimi şəxsən Daxili İşlər Nazirliyinin rəhbərliyinə yönləndirdi və öz növbəsində daxili işlər naziri cənab Vilayət Eyvazov da müraciətə şəxsən xüsusi diqqət göstərərək müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı göstərişlərini verməklə məsələni nəzarətində saxladı".

Bunu vəkil Vuğun Quliyev bildirib.

Onun sözlərinə görə, qısa müddət sonra polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti törətmiş şəxs tutularaq istintaqa təhvil verilib.

Vəkil göstərilən diqqətə görə, DİN və Vəkillər Kollegiyasının rəhbərliyinə təşəkkür edib.

"Bütün bu proseslər vəkillərin peşə bayramı - "Vəkil günü", həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən cənab nazir bu diqqəti ilə kifayətlənməyərək öz adından ayrıca bayramımızı da təbrik etməklə məni və digər əməkdaşlarımızı növbəti dəfə qürurlandırdı. Baş verənlərin mənim 30 illik yubileyim ərəfəsinə təsadüf etdiyini də nəzərə alsaq, düşünürəm ki, sevincimin iki qat olduğunu təsəvvür etmək çətin olmaz. Bir vəkil kimi cənab nazirdən, həmçinin Nazirliyin digər əməkdaşlarından belə diqqət və qayğı görməyimiz hesab edirəm ki, başda cənab nazir olmaqla, adıçəkilən qurumun vəkilliyə və Vəkillər Kollegiyasına göstərdiyi yüksək hörmətin təzahürü olmaqla yanaşı, möhtərəm Prezidentimizin vəkillik institutunun inkişafı istiqamətində apardığı siyasətinin məntiqi davamıdır. Azərbaycan vəkilliyinə belə bir dəyərin verilməsində əməyi keçən bütün həmkarlarımıza, başda isə hörmətli sədrimiz cənab Anar Bağırova öz səmimi minnətdarlıqlarımı bildirirəm! Sədrimizə yorulmaz və fədakar fəaliyyətində uğurlar arzulayıram!", - deyə V.Quliyev qeyd edib./e-huquq.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)