Türkiyədə afterşoklar nə vaxtadək davam edəcək? - ABŞ tədqiqatçıları açıqladı




      Bölmə: Xəbər Tarix: 23.02.2023 / 12:07

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələlərdən 17 gün keçməsinə baxmayaraq afterşoklar hələ də davam edir. İki gün öncə Hatayda baş verən zəlzələnin isə əsas yoxsa afterşok olduğu müəmmalı məsələyə çevrilib.

Bəs görəsən Türkiyədə afterşoklar nə vaxtadək davam edəcək?

44GÜN.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ bölgəsində tədqiqat aparan Amerikalı elm adamları afterşokların illərlə davam edəcəyini açıqlayıblar.

Buna səbəb Kahramanmaraş zəlzələsinin qeyri-adi formada yer səthinə yaxın ərazidə baş verməsidir.

Bölgədəki afterşokları araşdıran ABŞ xəbər agentliyi, Yaponiya Meteorologiya İdarəsinin açıqlamalarına əsaslanaraq, Hatay zəlzələsinin 2011-ci ildə Yeni Zelandiyada baş verən Christchurch zəlzələsinə bərabər olduğunu bildirib.

Agentliyin məlumatına görə, afterşoklar əsas zəlzələdən bir neçə saat sonra baş verir və 10 günə qədər davam edə bilər.

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, dərində baş verən zəlzələlərin yerə yaxın zəlzələlərlə müqayisədə afterşokların davam etmə ehtimalı daha azdır.

Amerikalı ekspertlər bildiriblər ki, Türkiyədə ardıcıl olaraq baş verən zəlzələlər “qeyri-adi”dir, ona görə ki, onlar daha əvvəl baş verən zəlzələlərin qırılma xəttində meydana gələn təkanlardan daha böyükdür.

Nəzərinizə çatdıraq ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələnin dərinliyi qeyri-adi şəkildə 18 kilometrdən az idi. Bu səbəbdən mütəxəssislər afterşokların illərlə davam edə biləcəyini deyirlər.

Qeyd edək ki, son rəqəmlərə görə 17 gün əvvəl Türkiyədə baş verən zəlzələdən sonra 7242 afterşok qeydə alınıb. Onların içində 5 baldan yuxarı güclü təkanlar da var.  /BAKU.WS/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)